Siyasət

Milli Məclisin növbəti iclas aprelin 8-də keçiriləcək

4 Aprel 2011 16:07
Baxış: 226
Milli Məclisin növbəti iclası aprelin 8-də keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Deputatlar 2011-ci ilin "Turizm ili" elan olunması ilə əlaqadar ölkəyə gələn turistlərin viza sənədlərinin qeydiyyatının sadələşdirilməsi üçün "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsini müzakirə edəcəklər. Bununla yanaşı, "Miqrasiya orqanında qulluq keçmə haqqında" Əsasnamyə də dəyişikliklər olunacaq.

İclasda "İcbari sığortalar haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.