Siyasət
Azərbaycana gələn əcnəbilərə vizaların verilməsi qaydaları sadələşdiriləcək
1 Aprel 2011 13:00
Baxış: 243
APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə İnsan haqları komitələrinin birgə iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklər və əlavələr barədə danışan Ə. Hüseynli bildirib ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə təkliflər layihəsi daxil olub. Komitə sədri deyib ki, qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdıracaq. Bu, elektron vizaların tətbiqinə də imkan verəcək.
Əlavələrə əsasən, turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) müraciət edə bilər. Bunun üçün əcnəbilərin yaşadığı ölkədəki Azərbaycanın diplomatik nümayəndəliklərinə, diplomatik nümayəndəliklər olmayan ölkələrdə isə üçüncü ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə müraciət edilməlidir.
Əlavələrdə elektron qaydada viza almaq üçün gərəkli olan sənədlər də göstərilib. Turistlərə viza verilməsi üçün ərizələrə müraciət edildiyi gündən ən geci 15 iş günü keçənədək baxılacaq.
Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizənin forması və dövlət rüsumunun məbləği Azərbaycanın diplomatik nümayəndəliklərinin internet saytlarında yerləşdiriləcək.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
İzmir küftəsini qurutmadan bişirməyin sirləri
-
Dörd bürcü maliyyə uğuru gözləyir
-
Limonların ömrünü uzadan saxlama üsulları
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)