Siyasət
Politoloq: "Artıq Madrid prinsipləri gündəmdən çıxacaq..."
25 Yanvar 2011 16:35
Baxış: 227
"Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər Nazirlərinin görüşünü Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları durğunluqudan çıxarmaq, bu prosesə yeni bir impulsun verilməsinə cəhd kimi qiymətləndirmək olar".
Bu fikirləri Milli.Az xəbər portalına Moskva görüşünu şərh edən politoloq Rasim Ağayev deyib.
Onun fikrincə, hələki bu görüşdə heç bir yeni təşəbbüs haqda söhbət aparılmayıb. "Belə bir nəticəyə gəlmək olar ki, Madrid prinsipləri artıq gündəmdən çıxacaq. Çünki bu prinsipləri erməni tərəf tamamilə, Azərbaycan isə qismən qəbul etmir", politoloq bildirib.
Ağayev qeyd edir ki, bu halda gərək Azərbaycan Ermənistana təzyiqlərini davam etdirsin.
"Madrid prinsiplərinə əsaslanan Praqa prosesinin davam etmə prespektivləri yoxdur. Bu onunla bağlıdır ki, Madrid prinsiplərindən söz gedərkən ermənilər Dağlıq Qarabağda referendumun keçirilməsinin tarixini müəyyənləşdirməyi tələb edirlər. Təbii ki, Azərbaycan buna gedə bilməz. Ona görədə indi danışıqlar prosesi başlandığı nöqtəyə qayıdır. Yəni, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratını təyin etməsindən söz belə gedə bilməz".
Politoloq əlavə edir ki, eyni zamanda Qərb dövlətləri Ermənistanı kompromisə getməyə sövq etməlidirlər. Onları da buna məcbur etmək lazımdır: "Sual oluna bilər ki, Rusiyanın danışıqları təşkil etməkdə marağı nədədir? - Bir tərəfdən Rusiya göstərmək istəyir ki, o, daim sülhməramlı təşəbbüslə çıxış edir, digər tərəfdən isə belə bir fikir yaratmağa çalışır ki, Qarabağ münaqişəsinin həllinin "açarı" Moskvadadır. Halbuki, artıq çoxdandır ki, Moskvanın bu konflikti həll etməsi üçün imkanları tükənib. Ermənistanın əhalisi inkişaf yolunu, yüksək həyat səviyyəsini, tərəqqini Rusiyada deyil, Qərbdə görür. Təsadüfü deyil ki, Ermənistandan qaçan adamlar məhz Avropa və ABŞ-a üz tuturlar. Problem Sarkisyan, Koçaryan hakimiyyəti və ondan geri qalmayan Ter-Petresyan kimi siyasətçilərdədir. Bu adamlar siyasi arenadan getməlidir, Ermənistan hakimiyyətinə muasir dünyagörüşlü, yeni nəsil siyasətçilərin gəlməsi ilə Ermənistan-Azərbaycan münaqişəsi ədalətli həllini tapa bilər".
Ceyhun
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
-
Prezidenti İlham Əliyev Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub - (Foto)
-
Azərbaycan və Meksika arasında diplomatik əlaqələr müzakirə edilib (Foto)
-
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib (Foto/Video)
-
Ermənistan vətəndaşlarının məhkəməsi çıxışlarla davam etdirilib (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub - (Foto)
-
Prezident İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib - (Foto)
-
Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı
-
Bakının 3 əsas yolunda hərəkət tam məhdudlaşdırılır - Xəbərdarlıq
-
Binanın altında mərasim evi açılır: Sakinlər etiraz edir
-
Trampın açıqlamasına İrandan cavab gəldi
-
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - (Foto)
-
Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb - (Video)
-
PSJ “Barselona”nın ulduz futbolçusunu transfer edir
-
Paytaxtda növbəti daxili iməclik keçirilib - (Foto)
-
Xaçmazda avtomobil gölə düşdü: Sürücü öldü
-
Masallıda atdan yıxılan kişi öldü
-
Sabah 38 dərəcə isti olacaq
-
“Azeri Light” nefti ucuzlaşdı
-
"Netflix" yeni yayımlara hazırlaşır
-
Xameneinin tabutunu daşıyan gizli şəxs kim idi?
-
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
-
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - (Video)
-
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
-
Prezidenti İlham Əliyev Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib - (Foto)
-
FHN həftəsonu çimərliklərə gedənlərə xəbərdarlıq edib
-
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub - (Foto)
-
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
-
Ucarda yeniyetmə kanalda batdı