Siyasət
ABŞ-ın Nevada ştatından Azərbaycana güclü dəstək
29 Aprel 2015 10:28
Baxış: 2 171
ABŞ-ın Nevada ştatının Parlamenti aprelin 28-də keçirilən plenar iclasında Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə daxil olan məlumata görə, qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Baş konsul qanunvericilərə belə bir önəmli sənədin qəbuluna görə təşəkkürünü bildirib.
Parlamentin spikeri Con Hambrik tərəfindən imzalanan qətnamədə Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratdığı və bu gün ölkəmizin ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorçuluğa və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində sıx əməkdaşlıq edirlər. Bildirilir ki, 11 sentyabr terror aktlarından sonra Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-a hərtərəfli yardım göstərmiş, öz sülhməramlı qüvvələrini Əfqanıstana göndərmişdir. Vurğulanır ki, 2001-ci ildən bəri hər il Əfqanıstanda yerləşən ABŞ qoşunlarının təchizatının 40%-i Azərbaycan vasitəsilə daşınmaqdadır.
Sənəddə bildirilir ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək Cənub Enerji Dəhlizinin ən önəmli bəndi olaraq qalmaqdadır.
Qətnamədə qeyd olunur ki, Azərbaycanda əsrlərdən bəri müxtəlif xalqlar və dinlər dinc şəraitdə yaşamaqdadırlar.
Bildirilir ki, Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə və ABŞ-ın Güney Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib.
Sonda qeyd olunur ki, ABŞ, Azərbaycan kimi müttəfiqlərinin müstəqilliyini bundan sonra da dəstəkləməli və onlarla münasibətləri daha da gücləndirməlidir.
Bu, Nevada Parlamenti tərəfindən Azərbaycana dair qəbul olunan ilk qətnamədir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
-
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - (Foto-Video)
-
Rusiya səfiri XİN-ə çağırıldı
XƏBƏR LENTİ
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı