Siyasət
Birincisi, həmin qüvvələrin xarici dairələr, eləcə də erməni lobbisinin maraqlarına xidmət etdiyi artıq bütün Azərbaycan cəmiyyətinə məlumdur. Məhz bu səbəbdən radikalların hər hansı bir tələblə keçirdiyi aksiyalara Azərbaycan xalqı dəstək vermir. Elə həm martın 15-də, həm də aprelin 5-də keçirilən mitinqlər zamanı bunun əyani şahidi olduq.
İkincisi, yuxarıda da qeyd edildiyi Azərbaycan tərəfi, hakimiyyəti Avropadan fərqli olaraq vətəndaşlarından heç bir məlumatı gizlətmir. I Avropa Oyunlarına sərf ediləcək vəsaitin ictimaiyyətə açıqlanması fonunda bunu görmək mümkündür. Bununla Azərbaycan xalqı bir daha əmin oldu ki, insan hüquqları, vətəndaş cəmiyyəti və ya digər gəlişi xoş sözlər, bəyanatlar səsləndirən Avropanın bəzi dairələri, əslində, bir məqsədə xidmət edirlər. Hər vasitə ilə Azərbaycan dövlətini zəiflətməyə.
Bütün bu cəhdlərin nəticəsiz qaldığını görən anti-Azərbaycan qüvvələr indi də İdman və İnsan Haqları Alyansı ilə manipulyasiya edirlər. İlkin mərhələdə "Freddom House", "Human Rights Watch" kimi təşkilatlar fərdi şəkildə Azərbaycana qarşı qarayaxma kampaniyasına başlamışdılarsa, indi isə İdman və İnsan Haqları Alyansı adlı qurumla birgə bu mübarizəni aparırlar. Sanki, məsələyə hansısa bir alyans müdaxilə etdikdə Azərbaycana qarşı daha təsirli addımlar atılacaq. Lakin bu bədxahlar unudurlar ki, hər hansı bir təşkilatın aktiv, təsirli gücə malik olması onun adı ilə bağlı deyil. Necə ki, özünü əsas müxalifət qüvvəsi kimi cəmiyyətə və xaricdəki anti-Azərbaycan qüvvələrə sırıyan Milli Şura yalnız bir partiyadan, AXCP-dən ibarətdir. Lap bir neçə partiyadan ibarət olsa belə, heç bir təsir gücünə malik deyil. Eləcə də eyni yanaşmanı İdman və İnsan Haqları Alyansına şamil etmək olar. Əgər sözügedən alyans, doğurdan da, öz prinsiplərinə sadiqdirsə, onda nə üçün "Qarabağ" futbol klubunun Avroliqadakı qarşılaşması zamanı "İnter"in qapısına vurduğu təmiz qolun qeydə alınması üçün cəhdlər göstərmədi. Heç açıqlama və ya bəyanatlar belə səsləndirmədi. Hələ mən azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini nəzərə almıram və sırf idman sahəsində baş verən olayı sözügedən alyansın diqqətinə çatdırıram. Axı bu təşkilat İdman və İnsan Hüquqları Alyansı kimi tanınırsa, o halda məsələyə müdaxilə etməli idi. Bir də ki, biz kimə nə anladırıq axı. Onların mahiyyəti, məqsəd və vəzifələri bəlli olduğu üçün müsbət bir şey gözləməyə də dəyməz. Necə deyərlər "İt hürər, karvan keçər" prinsipi ilə öz yolumuzu davam etdirib Avropanın idman tarixinə adımızı qızıl hərflərlə yazmalıyıq. Hər bir Azərbaycan vətəndaşı buna əmindir.
Olaylar.az
Yuxuları ərşə çəkən OYUNLAR
9 Aprel 2015 17:06
Baxış: 820
İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca belə bir mühüm tədbirin Azərbaycanda keçirilməsini həzm edə bilməyən qüvvələr "fəallıqlar"ını bir qədər də artıraraq gecəli-gündüzlü ölkəmiz əleyhinə qarayaxma kampaniyası aparırlar. Ənənəvi siyasi məhbus şousundan başlayaraq itlərin "müdafiəsi"nə qədər uzun bir yol keçən anti-Azərbaycan qüvvələr ermənilər kimi uydurduqları yalana öz ətraflarından başqa bir kimsəni inandıra bilmədikləri təqdirdə diqqəti Azərbaycanın daxilinə, daxili auditoriyaya hesablanmış təxribarçı hərəkətlərə yönəltdilər. İddia olundu ki, guya Azərbaycan hakimiyyəti I Avropa Oyunlarına külli miqdarda vəsait sərf edir, xarici ölkələrdən, hətta Ermənistandan gələn idmançıların bütün xərclərini rəsmi Bakı qarşılayır. Belə bir uydurma xəbəri yaymaqda isə məqsəd məlum idi. Hər şeyi qara görən radikal qüvvələr vasitəsilə Azərbaycan cəmiyyətini hakimiyyət əleyhinə qaldırmaq, nəticə etibarilə ölkədə siyasi sabitliyi pozaraq I Avropa Oyunlarının keçirilməsinə mane olmaq. Lakin göründüyü kimi, Azərbaycanı sevməyən qüvvələrin bu istəkləri də baş tutmadı. Hətta loru dildə desək, bu dəfə çanaq öz başlarında çatladı. Almaniyada bir bank binasının inşasına sərf edilən vəsaitin həddən artıq çox olduğuna etiraz edən almanlar küçələrə çıxaraq iğtişaşlar törətdi, ictimai iaşə obyektlərini, avtomobilləri yandırdı. Bu zaman insan hüquqlarından ağız dolusu danışan avropalılar bank qalmaqalı ilə bağlı küçələrə çıxmış narazı kütləyə nəinki bir açıqlama verdi, əksinə öz haqq səsini tələb edən sadə insanlar polis zorakılığına məruz qaldı. Almaniyadan fərqli olaraq isə Azərbaycan tərəfi, I Avropa Oyunlarının Təşkilat Komitəsi yarışlara sərf ediləcək vəsaiti, eləcə də oradan gələn gəlirlərin miqdarını cəmiyyətə açıqladı. Bu isə anti-Azərbaycan qüvvələrin ölkəmizdə kütləvi iğtişaşlar yaratmaq cəhdlərini iflasa uğratdı. Düzdür, müəyyən radikal siyasi dairələr Avropanın anti-Azərbaycan dairələrindən aldığı tapşırıqlar əsasında bir neçə aksiya keçirsə də, lakin gözlənilən effekt özünü göstərmədi. Səbəb isə məlum idi.I Avropa Oyunları regionun bəzi dairələrinin yuxusunu ərşə çəkib
Birincisi, həmin qüvvələrin xarici dairələr, eləcə də erməni lobbisinin maraqlarına xidmət etdiyi artıq bütün Azərbaycan cəmiyyətinə məlumdur. Məhz bu səbəbdən radikalların hər hansı bir tələblə keçirdiyi aksiyalara Azərbaycan xalqı dəstək vermir. Elə həm martın 15-də, həm də aprelin 5-də keçirilən mitinqlər zamanı bunun əyani şahidi olduq.
İkincisi, yuxarıda da qeyd edildiyi Azərbaycan tərəfi, hakimiyyəti Avropadan fərqli olaraq vətəndaşlarından heç bir məlumatı gizlətmir. I Avropa Oyunlarına sərf ediləcək vəsaitin ictimaiyyətə açıqlanması fonunda bunu görmək mümkündür. Bununla Azərbaycan xalqı bir daha əmin oldu ki, insan hüquqları, vətəndaş cəmiyyəti və ya digər gəlişi xoş sözlər, bəyanatlar səsləndirən Avropanın bəzi dairələri, əslində, bir məqsədə xidmət edirlər. Hər vasitə ilə Azərbaycan dövlətini zəiflətməyə.
Bütün bu cəhdlərin nəticəsiz qaldığını görən anti-Azərbaycan qüvvələr indi də İdman və İnsan Haqları Alyansı ilə manipulyasiya edirlər. İlkin mərhələdə "Freddom House", "Human Rights Watch" kimi təşkilatlar fərdi şəkildə Azərbaycana qarşı qarayaxma kampaniyasına başlamışdılarsa, indi isə İdman və İnsan Haqları Alyansı adlı qurumla birgə bu mübarizəni aparırlar. Sanki, məsələyə hansısa bir alyans müdaxilə etdikdə Azərbaycana qarşı daha təsirli addımlar atılacaq. Lakin bu bədxahlar unudurlar ki, hər hansı bir təşkilatın aktiv, təsirli gücə malik olması onun adı ilə bağlı deyil. Necə ki, özünü əsas müxalifət qüvvəsi kimi cəmiyyətə və xaricdəki anti-Azərbaycan qüvvələrə sırıyan Milli Şura yalnız bir partiyadan, AXCP-dən ibarətdir. Lap bir neçə partiyadan ibarət olsa belə, heç bir təsir gücünə malik deyil. Eləcə də eyni yanaşmanı İdman və İnsan Haqları Alyansına şamil etmək olar. Əgər sözügedən alyans, doğurdan da, öz prinsiplərinə sadiqdirsə, onda nə üçün "Qarabağ" futbol klubunun Avroliqadakı qarşılaşması zamanı "İnter"in qapısına vurduğu təmiz qolun qeydə alınması üçün cəhdlər göstərmədi. Heç açıqlama və ya bəyanatlar belə səsləndirmədi. Hələ mən azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini nəzərə almıram və sırf idman sahəsində baş verən olayı sözügedən alyansın diqqətinə çatdırıram. Axı bu təşkilat İdman və İnsan Hüquqları Alyansı kimi tanınırsa, o halda məsələyə müdaxilə etməli idi. Bir də ki, biz kimə nə anladırıq axı. Onların mahiyyəti, məqsəd və vəzifələri bəlli olduğu üçün müsbət bir şey gözləməyə də dəyməz. Necə deyərlər "İt hürər, karvan keçər" prinsipi ilə öz yolumuzu davam etdirib Avropanın idman tarixinə adımızı qızıl hərflərlə yazmalıyıq. Hər bir Azərbaycan vətəndaşı buna əmindir.
Olaylar.az
DİGƏR XƏBƏRLƏR
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO
-
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
-
Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
-
İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək
-
WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO





