Siyasət
Lakin dəyənəyin iki başı var - insan haqlarının müdafiəsi hansısa dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edilirsə, bu ali prinsiplər dəyərsizləşməyə başlayır. Çünki ikili standartlar prinsipi daha qabarıq görünür və məsələn, on illərdir hüquqlarının bərpasını gözləyən qaçqın və məcburi köçkünlər beynəlxalq təşkilatların yanaşmasını anlamaqda çətinlik çəkirlər. Məntiqlə beynəlxalq hüquq müdafiə təşkilatları doğrudan da Azərbaycanda insan haqlarının pozulmasını problem kimi görürsə və məqsədləri bu problemin həll etməkdirsə, o zaman ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinə diqqət çəkməlidir. Çünki bu icma həm cəmiyyətin önəmli bir hissəsini təşkil edir, həm də üzləşdikləri problemlərin əsas həlli məhz beynəlxalq təşkilatlardan asılıdır.
Lakin indiyədək İdman və İnsan Haqları Alyansı adlanan qurumda təmsil olunan "Amnesty İnternational", "Transparency İnternational", "Human Rights Watch" təşkilatları bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış edilməyib. Ən nəhayət beynəlxalq insan haqları təşkilatları nə parlament gülləbaran edildikdə, nə kütləvi aksiyalar vəhşiliklə dağıdıldıqda, nə də mitinqə çıxan insanlara atəş açıldıqda, nümayişçilər həbs edildikdə Ermənistanı insan haqlarını pozmaqda tənqid etməyiblər. Səbəb - ikili standart siyasəti və insan haqlarının müdafiəsi kimi ali dəyərin siyasi təzyiq aləti kimi istifadə olunmasıdır.
Beynəlxalq hüquq müdafiə təşkilatlarının dünyada nüfuzunu getdikcə itirməsi də bununla əlaqədardır. "Freedom House", "Amnesty İnterntional", "Transparency İnternational", "Human Rights Watch" kimi təşkilatlar artıq dünyada əvvəlki ciddiliklə qəbul olunmur, bu səbəbdən nüfuzlarını bərpa etmək üçün alyans kimi fəaliyyət göstərməyə başlayırlar. Hansısa beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi belə alyansların meydana çıxması üçün bir bəhanədir. Bu, bir növ güclərini itirmiş siyasi partiyaların birləşdiyi kiçik seçki bloklarını xatırladır. Nüfuz problemini həll etmək üçün formalaşan belə seçki bloklarının ictimai rəyə təsir imkanları çox aşağı olduğundan hadisələrə at baxışı prizmasından baxırlar və marginal qruplara xitab edirlər. İnsan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar da belədir, onların hansısa ölkədə proseslərə yanaşması maliyyə dəstəyi aldıqları dövlətin siyasəti ilə eynilik təşkil edir.
Məsələn, Fransada qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu insanın ən ali hüququnun - söz azadlığı hüququnun kobud şəkildə pozulması deməkdir. Lakin nə "Freedom House", nə "Human Rights Watch" buna görə Fransa hökumətini insan haqlarını pozmaqda ittiham etməyiblər. Halbuki tarixə dair hansısa hadisəni öz prizmasından şərh etmək insanın ən təbii hüququdur. İsveçrədə analoji qanunun qəbulu zamanı da beynəlxalq hüquq müdafiə təşkilatlarının reaksiyası sıfır olub. Azərbaycanda hansısa problemi şişirdərək dünya səviyyəli problemə çevirməyə çalışan bu təşkilatlar hələ indiyədək bir dəfə olsun Yaxın Şərqdə Qərbin yüz milyonlarla insanın haqlarını pozduğuna diqqət çəkməyiblər.
Yaxud "Charlie Hebdo" hadisələrini xatırlayaq. Məhəmməd peyğəmbərin karikaturasının dərc olunması 1 milyarda yaxın insanın inanc hüququnun tapdanması idi. Bu hüququ gözardı edən beynəlxalq təşkilatlar məsələyə səbəb, deyil, nəticə prizmasından baxdılar, islam və terror anlayışlarını eyniləşdirməyə çalışdılar. İnsan haqları təşkilatları "Charlie Hebdo"nun buraxdığı səhvi təkrarladılar, "dünyada heç bir din və toplum terrora haqq qazandıra bilməz" anlayışını rədd edərək üç terrorçunun əməlinə görə bir milyarda yaxın insanın inanc hüquqlarını tapdadılar. Lakin bir fransız pilot terror aktı törədərək sərnişin təyyarəsini qəsdən qəzaya uğratdıqda "Freedom House", "Human Rights Watch" və digər təşkilatlar susdular, hadisəni terror aktı kimi dəyərləndirmədilər və 150 nəfərin timsalında milyonlarla sərnişinin sərbəst hərəkət hüququnun pozulduğu dilə gətirilmədi. Çünki pilot müsəlman deyildi...
Azərbaycana qarşı münasibət də eynidir, hər şey ikili standart prizmasından dəyərləndirilir. Ölkə yerləşdiyi coğrafi məkanın verdiyi üstünlüklərdən uğurla istifadə edir və faktiki olaraq təhlükəsiz enerji təminatı məsələsində Avropanın yeganə ümid yerinə çevrilib. Azərbaycanın Avropa ilə bərabər statusda masa arxasına əyləşməsini və balanslaşdırılmış siyasət yürütməsini həzm edə bilməyən qüvvələr ölkəni daim təzyiq altında saxlamaq istəyir və bunu həm də insan haqları təşkilatlarının əli ilə etməyə çalışırlar. Bu siyasət isə bumeranq effekti verir, ikili standartlar səbəbilə beynəlxalq təşkilatlar cəmiyyətin gözündə dəyərlərini günbəgün itirirlər. Bu isə artıq Azərbaycanın deyil, indi İdman və İnsan Haqları Alyansı altında birləşən, gücünü itirən beynəlxalq təşkilatların öz problemidir.
APA
İnsan haqlarını gözdən salan ikili standartlar: Azərbaycana baxış - TƏHLİL
9 Aprel 2015 11:22
Baxış: 1 246
Avropa Oyunları yaxınlaşdıqca, beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi imic formalaşdırmaq cəhdləri də artmaqdadır. Bu kampaniyanın başında yenə də beynəlxalq insan haqlarının müdafiəsi təşkilatları durur. Bu təşkilatların yürütdüyü siyasətin insan haqlarına heç bir aidiyyəti olmadığı gün kimi aydındır. Çünki insan haqlarının müdafiəsi bu təşkilatların əlində yalnız siyasi təzyiq vasitəsidir, məqsəd isə insan haqlarının müdafiəsi deyil, dövlətləri hər vasitə ilə təzyiq altında saxlamaqdır.İdman və İnsan Haqları Alyansı gücünü itirmiş kiçik partiyaların birləşdiyi seçki bloklarını xatırladır
Lakin dəyənəyin iki başı var - insan haqlarının müdafiəsi hansısa dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edilirsə, bu ali prinsiplər dəyərsizləşməyə başlayır. Çünki ikili standartlar prinsipi daha qabarıq görünür və məsələn, on illərdir hüquqlarının bərpasını gözləyən qaçqın və məcburi köçkünlər beynəlxalq təşkilatların yanaşmasını anlamaqda çətinlik çəkirlər. Məntiqlə beynəlxalq hüquq müdafiə təşkilatları doğrudan da Azərbaycanda insan haqlarının pozulmasını problem kimi görürsə və məqsədləri bu problemin həll etməkdirsə, o zaman ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinə diqqət çəkməlidir. Çünki bu icma həm cəmiyyətin önəmli bir hissəsini təşkil edir, həm də üzləşdikləri problemlərin əsas həlli məhz beynəlxalq təşkilatlardan asılıdır.
Lakin indiyədək İdman və İnsan Haqları Alyansı adlanan qurumda təmsil olunan "Amnesty İnternational", "Transparency İnternational", "Human Rights Watch" təşkilatları bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış edilməyib. Ən nəhayət beynəlxalq insan haqları təşkilatları nə parlament gülləbaran edildikdə, nə kütləvi aksiyalar vəhşiliklə dağıdıldıqda, nə də mitinqə çıxan insanlara atəş açıldıqda, nümayişçilər həbs edildikdə Ermənistanı insan haqlarını pozmaqda tənqid etməyiblər. Səbəb - ikili standart siyasəti və insan haqlarının müdafiəsi kimi ali dəyərin siyasi təzyiq aləti kimi istifadə olunmasıdır.
Beynəlxalq hüquq müdafiə təşkilatlarının dünyada nüfuzunu getdikcə itirməsi də bununla əlaqədardır. "Freedom House", "Amnesty İnterntional", "Transparency İnternational", "Human Rights Watch" kimi təşkilatlar artıq dünyada əvvəlki ciddiliklə qəbul olunmur, bu səbəbdən nüfuzlarını bərpa etmək üçün alyans kimi fəaliyyət göstərməyə başlayırlar. Hansısa beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi belə alyansların meydana çıxması üçün bir bəhanədir. Bu, bir növ güclərini itirmiş siyasi partiyaların birləşdiyi kiçik seçki bloklarını xatırladır. Nüfuz problemini həll etmək üçün formalaşan belə seçki bloklarının ictimai rəyə təsir imkanları çox aşağı olduğundan hadisələrə at baxışı prizmasından baxırlar və marginal qruplara xitab edirlər. İnsan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar da belədir, onların hansısa ölkədə proseslərə yanaşması maliyyə dəstəyi aldıqları dövlətin siyasəti ilə eynilik təşkil edir.
Məsələn, Fransada qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu insanın ən ali hüququnun - söz azadlığı hüququnun kobud şəkildə pozulması deməkdir. Lakin nə "Freedom House", nə "Human Rights Watch" buna görə Fransa hökumətini insan haqlarını pozmaqda ittiham etməyiblər. Halbuki tarixə dair hansısa hadisəni öz prizmasından şərh etmək insanın ən təbii hüququdur. İsveçrədə analoji qanunun qəbulu zamanı da beynəlxalq hüquq müdafiə təşkilatlarının reaksiyası sıfır olub. Azərbaycanda hansısa problemi şişirdərək dünya səviyyəli problemə çevirməyə çalışan bu təşkilatlar hələ indiyədək bir dəfə olsun Yaxın Şərqdə Qərbin yüz milyonlarla insanın haqlarını pozduğuna diqqət çəkməyiblər.
Yaxud "Charlie Hebdo" hadisələrini xatırlayaq. Məhəmməd peyğəmbərin karikaturasının dərc olunması 1 milyarda yaxın insanın inanc hüququnun tapdanması idi. Bu hüququ gözardı edən beynəlxalq təşkilatlar məsələyə səbəb, deyil, nəticə prizmasından baxdılar, islam və terror anlayışlarını eyniləşdirməyə çalışdılar. İnsan haqları təşkilatları "Charlie Hebdo"nun buraxdığı səhvi təkrarladılar, "dünyada heç bir din və toplum terrora haqq qazandıra bilməz" anlayışını rədd edərək üç terrorçunun əməlinə görə bir milyarda yaxın insanın inanc hüquqlarını tapdadılar. Lakin bir fransız pilot terror aktı törədərək sərnişin təyyarəsini qəsdən qəzaya uğratdıqda "Freedom House", "Human Rights Watch" və digər təşkilatlar susdular, hadisəni terror aktı kimi dəyərləndirmədilər və 150 nəfərin timsalında milyonlarla sərnişinin sərbəst hərəkət hüququnun pozulduğu dilə gətirilmədi. Çünki pilot müsəlman deyildi...
Azərbaycana qarşı münasibət də eynidir, hər şey ikili standart prizmasından dəyərləndirilir. Ölkə yerləşdiyi coğrafi məkanın verdiyi üstünlüklərdən uğurla istifadə edir və faktiki olaraq təhlükəsiz enerji təminatı məsələsində Avropanın yeganə ümid yerinə çevrilib. Azərbaycanın Avropa ilə bərabər statusda masa arxasına əyləşməsini və balanslaşdırılmış siyasət yürütməsini həzm edə bilməyən qüvvələr ölkəni daim təzyiq altında saxlamaq istəyir və bunu həm də insan haqları təşkilatlarının əli ilə etməyə çalışırlar. Bu siyasət isə bumeranq effekti verir, ikili standartlar səbəbilə beynəlxalq təşkilatlar cəmiyyətin gözündə dəyərlərini günbəgün itirirlər. Bu isə artıq Azərbaycanın deyil, indi İdman və İnsan Haqları Alyansı altında birləşən, gücünü itirən beynəlxalq təşkilatların öz problemidir.
APA
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır
-
Vaşinqton Paşinyanı Azərbaycanla sülhə belə razı salıb – Şok iddia
-
Onlar Moskvaya konkret təkliflə gedirlər - Tramp
XƏBƏR LENTİ
-
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
-
“Zelenski Bin Ladeni də geridə qoydu” - Mariya Zaxarova
-
Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
-
Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək
-
Almaniya yenə müharibə istəyir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb





