İdman və İnsan Haqları Alyansı gücünü itirmiş kiçik partiyaların birləşdiyi seçki bloklarını xatırladır
Avropa Oyunları yaxınlaşdıqca, beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi imic formalaşdırmaq cəhdləri də artmaqdadır. Bu kampaniyanın başında yenə də beynəlxalq insan haqlarının müdafiəsi təşkilatları durur. Bu təşkilatların yürütdüyü siyasətin insan haqlarına heç bir aidiyyəti olmadığı gün kimi aydındır. Çünki insan haqlarının müdafiəsi bu təşkilatların əlində yalnız siyasi təzyiq vasitəsidir, məqsəd isə insan haqlarının müdafiəsi deyil, dövlətləri hər vasitə ilə təzyiq altında saxlamaqdır.