Bu ilin mayında Bakıda keçiriləcək Avropa Oyunlarına Qərbin münasibəti birmənalı deyil. Bəzi siyasi dairələrin apardığı açıq-saçıq əks-təbliğatın kökündə nə dayanır, onların məqsədi nədir, idmanın siyasətdən kənarda tutmaq kimi tarixi ənənə niyə belə kobudcasına pozulur?
Bu suallara aydınlıq gətirmək üçün Milli Məclisin tanınmış simalarına müraciət etdik.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov Avropa Oyunlarına qarşı çıxan qüvvələri ermənilərlə əməkdaşlıqda ittiham etdi: "Qərbə daxil olan bəzi qüvvələr erməni lobbisinin təsiri ilə, onlardan maliyyə dəstəyi alaraq mənfi çağırışlar edirlər. Belə şeylər Olimpiya Rusiyada olanda da olub, digər ölkələrdə olanda da. Bizim ölkəni də istəməyən qurumlar var. Onlar da öz niyyətlərini büruzə verərək belə addımlar atırlar. Təəssüflər olsun ki, daxildə sapı özümüzdən olan baltalar onlara qoşulur. Bəzi partiyalar bəyanatlar verirlər, çünki onlar da həmin vəsait hesabına maliyyələşirlər".
Deputat Azərbaycanı istəməyən qüvvələri belə qruplaşdırdı: "Bizi istəməyən bir neçə qüvvə var: Birincisi erməni və erməni lobbisi, ikincisi onun təhriki ilə Qərbdəki müəyyən qeyri-hökumət təşkilatları, üçüncüsü, onların vəsaiti hesabına onlara qulluq edən siyasi partiyalar və qeyri-hökumət təşkilatları".
Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadənin baş verənlərə münasibəti belə oldu: "İki aydan sonra Bakıda I Avropa oyunlarının keçirilməsi tarixi hadisədir. İndiyə qədər başqa qitələrin olimpiadaları ayrıca keçirilsə də, Avropada bu praktika olmamışdı. Birinci oyunların Azərbaycanda keçirilməsi həm Avropanın özünün idman potensialını dünyaya göstərmək istəyidir, həm də Azərbaycanın idman dövləti kimi inkişafına verilən qiymətdir. Bir qayda olaraq, olimpiadalara hazırlıq 6-8 il ərzində gedir. Azərbaycan isə bu oyunlara 2 il ərzində yüksək səviyyədə hazırlaşdı və təbliğ etdi. İdman qurğuları tikildi, infrastruktur yaxşılaşdırıldı, iştirakçıların rahatlığı üçün hər cür şərait yaradıldı. Bununla belə, Qərbdə müəyyən dairələr Azərbaycanın bu uğuruna çox böyük qısqanclıqla yanaşırlar. Ya yarışlar haqqında Avropa sakinlərinə qeyri-obyektiv informasiya verməyə çalışırlar, ya da Azərbaycanla bağlı neqativ fikir formalaşdırmağa cəhd edirlər. Yaxud da ümumiyyətlə, bu oyunlar barəsində susmaqla onun əhəmiyyətini azaltmağa çalışırlar.
Bu, artıq öz təbii sərvətlərinə sahib olan, öz vətəndaşlarının hüquqlarını təmin edən yeni bir nüfuzlu dövlətin meydana gəlməsi deməkdir. Bu, Avropada müəyyən transmilli şirkətlərin Azərbaycanda nəzərdə tutduğu müəyyən yüksək gəlirlərdən məhrum edilməsi deməkdir. Onlar bütün bunları Azərbaycan haqqında neqativ informasiya yaymaqla gizlətməyə çalışırlar. Ancaq bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki oyunlara hazırlıq çox ciddi şəkildə həyata keçirilir və bu gün hazırlıqlar həm Avropa Olimpiya Komitəsi, həm beynəlxalq idman federasiyaları, həm də obyektivliyi əldən verməyən Avropa ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir".
Deputat Zahid Oruc da Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirdi: "Bu gün ərəb dünyasında baş verənlərdən hər birimiz üzüntümüzü ifadə edirik. Dünyada ona qarşı göstərilən sükutun, reaksiyasızlığın, bu proseslərə dəstək verdiyini vurğulayırıq. İstənilən ölkədə informasiya məkanından alınan bu xəbərlər o ölkədəki münasibətləri sarsıdır. Cəmiyyətdə normal ab-havaya mane olur.
Bu məsələ sərhədsizdir və istənilən ölkənin insanına təsirini göstərə bilir. Suriyada Avropadan, yaxud MDB məkanından mücahid kimi döyüşənləri lənətləyirik ki, legioner fəaliyyəti bəşəri cinayətlərdir, insanlıq əleyhinədir. Biz haqlı mövqedəyik, çünki həqiqətən, belə savaş meydanları insanlığa zərbə olur. Bunun əksi isə normal rinqdə, idmanın digər növlərində yarışmaqdır. Dostluğa xidmət edir, birgə yaşayış ənənələrini formalaşdırır. Reytinq şkalasında yuxarı yerə çıxan şəxs də öz alın tərinə, zəhmətinə, gücünə, potensialına uyğun yerə sahib olur. Azərbaycan bu addımı atmaqla, üzərinə böyük maliyyə yükünü götürməklə bu məsələdə hansı pis addımı atır? İkinci tərəfdən, şübhəsiz ki, bunu zəif ölkə edə bilmir və bilməz. Azərbaycanın bu addımı regionda onun çəkisinə təsir göstərəcək. Yaxın vaxt ərzində aparıcı informasiya kanallarında bu yarışların qalmağı deməkdir. Bu, onun təqdimatına, təbliğatına xidmət edəcək. Azərbaycan planlarını genişləndirəcək. Gələcək yarışlardan həmin idman qurğularının başqa tədbirlərdən asılmağı deməkdir. Azərbaycanda bundan sonra istənilən yarışın keçirilməsinə imkan yaranacaq. Birdəfəlik hadisə deyil bu. Qərb, təbii ki, bunu istəmir. Belə yarışlar fonunda idman siyasəti hesabına möhkəmlənməsini kimlərisə narahat edir. Məsələnin mahiyyəti budur".
Tanınmış deputat Eldar İbrahimov isə öz fikirlərini yetərincə sərt ifadə etdi: "Qərbdə bu oyunların əleyhinə yazılar yazan saytlar Azərbaycanı və onun inkişafını gözü götürməyən qüvvələrə qulluq edir. Azərbaycanda "Evrovision" müsabiqəsi keçirilən vaxt da bu kimi qara piar aparırdılar. İndi də həmin piar Avropa oyunlarına yönəldilib. Fikrimcə, bütün bunlar erməni lobbisinin təsiri ilə baş verir. Ancaq onlar əmin olsunlar ki, bu tədbir yüksək səviyyədə keçiriləcək və bizi istəməyən qüvvələrin gözü kor olacaq. Bu təbliğat oyunlara kölgə sala bilməyəcək. Azərbaycanda digər beynəlxalq tədbirlər necə keçirilibsə, bu oyunlar da elə baş tutacaq. Bu oyunlar Azərbaycanın dünyada tanınmasına, ölkəmizdəki tolerantlığın bir daha nümayişinə xidmət edəcək. Olimpiya iştirakçıları ölkəmizdəki abadlıq-quruculuq işləri ilə tanış olacaqlar. Bu oyunların ölkəmizdə keçirilməsi Azərbaycan üçün böyük uğurdur".
Sevinc
Milli.Az
Siyasət
Millət vəkilləri: "Onların istədikləri budur ki..."
9 Aprel 2015 09:11
Baxış: 3 078

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşdü
-
Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTO
-
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər - FOTO
-
Prezidenti İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib - FOTO
-
İlham Əliyev Yaponiyanın yeni Baş nazirinə təbrik məktubu ünvanlayıb
-
Azərbaycanda yeni medal təsis edildi
XƏBƏR LENTİ
-
Gündə bir qaşıq yemək lazımdır - Bədəni cavanlaşdırır, xəstəliklərdən qoruyur
-
Qəbizliyi aradan qaldırmaq üçün ən yaxşı təbii RESEPT
-
Bu virus 172 nəfərin həyatına son qoydu - Heyvanlardan yoluxur
-
Qırmızı kələm – Sağlamlıq üçün 5 vacib faydası
-
Dərmansız yüksək təzyiqin qarşısını belə alın - Kardioloqdan məsləhət
-
Bakıda zəncirvari qəza: "Ford" aşdı - YENİLƏNİB - FOTO
-
Hadid ailəsində toy - ayaqyalın gəldilər - FOTO
-
"Samsung"un 4 məşhur modelinin yeniləmə dəstəyi olmayacaq
-
Qurban Qurbanov həmin epizod haqda - “Bəziləri var dedi, bəziləri yox”
-
Çelyabinskdə güclü partlayış - 4 nəfər ölüb
-
"Atletik"in baş məşqçisi: "Qarabağ" bizə qol vuranda bunu sakit qarşıladım"
-
"Özümü bağışlaya bilmirəm"
-
Bir dəfə ək, illərlə yığ – eyni kökdən dəfələrlə məhsul verir
-
“Nərimana son vaxtlar o qədər təzyiq var ki...” - Qurban Qurbanov
-
Şəkidə dəhşətli qəzada ölən qardaş və bacıların FOTOsu
-
Güləşçilərimiz dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazandılar
-
Su, yaşıl çay və kefiri unudun - Ən sağlam içki bu imiş
-
“Qarabağ”ın oyununda mübahisəli epizod - Penalti idi? - VİDEO
-
"Powerbank"ınız bu hala gəlibsə - Partlayacaq
-
Bu ölkədən Putinə sərt xəbərdarlıq: PUA-ları dərhal vuracağıq
-
Həmin əski parçasını azarkeşlərimiz alıb zibil qabına tulladılar - VİDEO
-
“Qarabağ”ın liqa mərhələsində ilk məğlubiyyəti - YENİLƏNİB - VİDEO
-
Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı
-
“WhatsApp”dan daha bir yenilik