Siyavuş Novruzov NATO PA-da problemin həlli yolunu göstərdi
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin deputatı Siyavuş Novruzov NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında muzdluların başqa-başqa ölkələrdə vuruşması ilə əlaqədar məsələ ilə bağlı müzakirələrdə deyib."Burada əsas rol oynayan puldur, qənimət əldə etməkdir və o sahədə olan insanların psixoloji durumudur"
Avropa İttifaqının ərazisindən insanların ayrı-ayrı dövlətlərdə - Suriya, İraq və Ukraynada döyüşlərə cəlb olunması ilə bağlı məsələnin müzakirəsinin prioritet olduğu diskussiyada S.Novruzov mövzu ətrafında çıxış edərək bildirib ki, bu məsələnin kökü araşdırılmalıdır: "Biz istəsək də, istəməsək də, dünyada həmişə muzdlular olub və onlar münaqişə ocaqlarında, müharibələrdə iştirak etmək üçün cəlb olunublar".
O qeyd edib ki, bəzi adamlar bunu dini və digər ideologiya ilə əlaqələndirməyə çalışırlar: "Burada əsas rol oynayan puldur, qənimət əldə etməkdir və o sahədə olan insanların psixoloji durumudur. İkinci əsas səbəb isə münaqişə ocaqlarının, yəni bu müharibələrin, nəzarətsiz ərazilərdə baş verən konfliktlərin həll olunmamasıdır. Haradasa münaqişə baş verirsə, muzdlular həmin münaqişədə dərhal iştirak edirlər".
S.Novruzov seminar iştirakçılarının diqqətinə çatdırıb ki, niyə burada bir neçə ölkənin - Suriya, İraq və Ukraynanın adı çəkilir, amma Dağlıq Qarabağın adı çəkilmir: "Bu gün Ermənistanın çox böyük "praktika"sı var ki, onlar ayrı-ayrı ölkələrdən - Suriya, Livan və s. yerlərdən ASALA təşkilatı vasitəsilə muzdlular tapıb gətirirlər. Beləcə, işğalçı ölkə öz ərazilərində bu muzdluların iştirakını təmin edir. Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bu məsələnin kökünün həll edilməsi mümkün deyil. Ümumilikdə Suriya və İraqda gedən müharibələrdə iştirak edən terrorçuların sıralarında xaricdən, başqa-başqa dövlətlərdən gələn 16 mindən artıq muzdlu fəaliyyət göstərir. Onun da 4 mini Avropa İttifaqı ölkələrinin ərazisindən cəlb olunub. Əgər biz İŞİD-in tərkibinə baxsaq, orada nə dini, nə də ideoloji məsələnin olmadığını görərik. Çünki İŞİD-in tərkibində döyüşən 40 minlik terrorçunun 50 faizindən çoxu qeyri-müsəlmandır. Yəni onlar xristianlar, başqa-başqa dinlərə mənsub olanlardır. Bu, sadəcə olaraq, xüsusi yaradılmış bir qurumdur ki, həmin qurum da ayrı-ayrı ölkələr tərəfindən Qərb və müxtəlif dövlətlərə təzyiq göstərməyə hesablanıb".
Millət vəkili deyib ki, onun nitqindən sonra Ermənistan nümayəndəsi çıxışında bildirib ki, bu il İrəvanda qondarma "erməni soyqırımı"nın 100-cü ildönümü qeyd olunacaq: "Mən isə ona cavabımda dedim ki, Ermənistan nümayəndəsi tarixlə bağlı müxtəlif fikirlər yaratmaq istəyir. Əgər tarixdə belə hadisə olmasaydı, muzdlular da olmazdı. 100 il əvvəl deyil, XX əsrin sonunda Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı xalqların gözünün önündədir. Hətta bütün dünya bu barədə məlumatlıdır. Bir çox ölkələr artıq Xocalı soyqırımını qəbul edib. Əgər biz işğalçını barmağımızla göstərməsək, onun törətdiyi cinayətləri qeyd etməsək, gələcəkdə bu cür hallar çox olacaq. Bu baxımdan da təklif edirəm ki, birinci növbədə xəstəliyin özünü müalicə etmək lazımdır, əksinə, onun törətdiyi səbəbləri deyil".
S.Novruzov bildirib ki, hər bir işğalçı öz adı ilə deyilməli və işğal altında olan ərazilər azad olunmalıdır: "Çünki ora nəzarətsiz ərazilərdir. Dağlıq Qarabağ və ətraf 7 rayonda qanunsuz silahlar toplanılıb. Bu da nəticədə terrorçu qrupların hazırlanması üçün bir baza rolunu oynayır. Bununla belə, orada narkotik maddələrin dövriyyəsi həyata keçirilir. Çünki o ərazilərə heç kim nəzarət etmir. Orada hazırlanan terrorçular, əsgərlər də Avropanın ayrı-ayrı ölkələrinə yayılır. Bu, tək bizim problemimiz deyil, bütövlükdə Avropanın problemidir. Bu baxımdan da nəzarətsiz ərazilərin aradan qaldırılması, münaqişələrin ədalətli şəkildə həll olunması sözügedən problemin həllinə gətirib çıxara bilər. Məsələn, vaxtilə Çeçenistana bütün dünyanın hər yerindən terrorçular, muzdlu əsgərlər toplaşırdı. Konflikt həll olunan kimi artıq orada muzdlulardan və yaxud ayrı-ayrı ölkələrdən gələn adamlardan istifadə olunmur. Ona görə də münaqişə ocaqları həll olunmasa, bu problemin kökü kəsilməyəcək".
Qeyd edək ki, seminarda Azərbaycan nümayəndə heyətinin tərkibində Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və millət vəkili Rauf Əliyev təmsil olunurlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - FOTO
-
Fransanın Azərbaycana qarşı hibrid təhdidlərinə dair parlament komissiyasının rəsmi bəyanatı
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
XƏBƏR LENTİ
-
Bəzi sürücülər kəmər taxmaya bilər
-
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
-
“Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov
-
Mirələm atasının vəfatından sonra belə görüntüləndi - FOTO
-
Azərbaycanda yeni Media və Yayım Şurası yaradılır: İslahatlar nələri dəyişəcək?
-
Əməkdar artist Nuriyyə Hüseynova canlı yayımda ölüm xəbəri aldı
-
"Zirə"nin rəqibi bilindi
-
Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir?
-
Mehriban Xanlarova makiyajsız görüntüsünü paylaşdı - FOTO
-
Goradildəki mərkəzdə müəmmalı ölüm: Sakinlər nələrdən şikayət edirlər?
-
"Qarabağ"ın yeni transferi - Samuel Lobato
-
“Qarabağ”ın rəqibi 1.4 milyonluq “Vestri” oldu - Avrokuboklarda ilk oyun
-
Azadə Vəliyeva vəfat etdi
-
Kürdəmirdə maşınlar aşdı - xəsarət alanlar var
-
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
-
"Qarabağ"ın rəqibi bəlli oldu - Yenilənib
-
İsrailə köçən Tofiq Mirzəyev xəstəxanaya yerləşdirildi - Son vəziyyət
-
Murat Ekrem kobud səhvlərinə görə işdən çıxarıldı
-
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
-
Bakıda qadın kişini küçədə döydü - Polis işə qarışdı - VİDEO
-
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - FOTO
-
"Sabah"ın ÇL-də rəqibi bəlli oldu - YENİLƏNİB
-
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir





