Siyasət
NATO PA-nın seminarında gərginlik
2 Aprel 2015 17:56
0 Şərh
Baxış: 1 917
NATO Parlament Assambleyasının 31 mart-2 aprel tarixində Belqradda keçirilən 88-ci Rouz-Rout seminarında gərginlik yaşanıb.
Trend-in məlumatına görə, seminarın sonuncu - 7-ci sessiyasında "Belqradla Priştina arasında Brüssel dialoqu: irəliyə doğru" mövzusunda müzakirələr və çıxışlar zamanı Kosovo məsələsi ilə bağlı ciddi arqumentlər ortaya qoyulub.
Almaniyalı deputat, NATO PA-nın NATO tərəfdaşları alt komitəsinin sədri Karl Lamersin sədrlik etdiyi iclasda Serbiya nümayəndə heyətinin rəhbəri Kosovo məsələsi ilə bağlı zalda əyləşənlərə sual verərək ciddi müzakirələrə yol açıb və digər münaqişələr sırasında Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
Çıxış üçün müraciət edən Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev söz istəyərək Azərbaycan sözü yazılan kuverti qaldırıb. Lakin K.Lamers ona söz vermək istəməyib. Bu zaman R.Əliyev podiuma yaxınlaşıb, K.Lamersə ciddi şəkildə etirazını bildirib və uzun məsafə qət edərək seminara gəldiyini və çıxış etmək üçün söz verilmədiyinin səbəbini soruşub.
Daha sonra R.Əliyev Ermənistanın beynəlxalq hüqüq normalarını pozaraq Azərbaycan ərazilərini işğal etməsini, Ermənistanın işğalçı dövlət olmasını və 1993-cü ildə BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməsinə məhəl qoymamasını, işğalın davam etməsini toplantı iştirakçılarının nəzərinə çatdırıb.
K.Lamers R.Əliyevə cari ilin iyununda Ermənistanda keçiriləcək Rouz-Rout seminarında bu cür münaqişələrin geniş müzakirə olunacağına söz verib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq
-
Azərbaycan və Vyetnam iqtisadi möcüzəyə imza atıblar - Trend-in xüsusi müxbirinin reportajı - (Video)
-
Ağdam yeni inkişaf mərhələsindədir - Kamaləddin Qafarov
-
Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - (Foto)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - (Foto)
XƏBƏR LENTİ
-
Milli İncəsənət Muzeyi “Teatrın gəncləri” layihəsinə start verildi - (Foto)
-
ÇL: “Barselona”nın Bakıya gəliş tarixi məlum oldu
-
AZAL iki beynəlxalq mükafata layiq görülüb
-
80 yaşlı Silvester Stallone 58 yaşlı xanımı ilə (Video)
-
Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını (WIDU) təsis edir (Foto)
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
Hava limanına gedən yol bağlanır? - Rəsmi açıqlama
-
Sabir Zeynalov dünya çempionu oldu
-
Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma
-
Argentinalı ulduz 37 yaşında karyerasını bitirdi
-
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi
-
Badamdarda sürüşmə yenidən aktivləşdi
-
Elgizi şərlədilər, əsəbiləşib özündən çıxdı (Video)
-
Minlərlə vətəndaşa şad xəbər: Həyətyanı torpaqlara çıxarış verilə bilər
-
Pensiyalar ödənildi
-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Oğlum 15 noyabrdan quru aclıq aksiyası keçirir” - Rəşadın anasından müraciət
-
6 dərəcə şaxta olacaq - Proqnoz
-
Bu şəxslər 40 manat cərimələnəcək
-
Fransız müstəmləkəçiliyinin izləri: Hanoydakı Hoaloa həbsxanasından Trend-in fotoreportajı - (Video/Foto)
-
Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq
-
“Trendyol”da “Əfsanə günlər ” başlayır
-
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
-
Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)