Siyasət

Erməni silahı susmur

13 Oktyabr 2014 09:58
0 Şərh     Baxış: 696
Cəbhədə gərginlik davam edir.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Mərzili, Yusifcanlı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.