Araz Əzimov: "Təəssüf ki, heç kim Azərbaycanla Naxçıvan MR arasında dəhlizin təmin olunması vacibliyindən danışmır"
Trend xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda NATO Parlament Assambleyasının (NATO PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan münaqişənin mərhələli şəkildə həllini tərəfdarıdır. Lakin hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər-hansı köklü inkişafdan danışmaq olmaz.
Ukrayna məsələləri fonunda Dağlıq Qarabağ probleminin həlli prosesinin soyumasının müşahidə edildiyini deyən A.Əzimov beynəlxalq ictimaiyyətin Ukrayna hadisələri zamanı göstərdiyi qətiyyəti və cəsarəti Ermənistan-Azərbaycan münaqişəsi ilə də bağlı görmək istədiyini açıqladı:
"Ukrayna hadisələri ilə bağlı böyük cəsarət gördük. Biz də 20 ildir belə bir cəsarəti gözləyirdik. Lakin Cənubi Qafqazla bağlı, hələ ki, belə bir cəsarət ortaya qoyulmayıb".
Ermənistanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləmədiyini xatırladan A.Əzimov bildirib ki, Azərbaycan artıq 20 ildən çoxdur ki, dünya ictimaiyyətindən Ermənistan-Azərbnaycan münaqişəsi ilə bağlı ciddi mövqenin nümayiş etdirilməsini gözləyir: "Biz ərazi bütövlüyü prinsiplinə sadiqlik məsələsində daha sərt mövqenin nümayiş etdirilməsini gözləyirik. Ermənistan beynəlxalq səviyyədə Ukraynanın ərazi bütövlüyünün əleyhinə çıxış etdi. Biz, həmçinin prezident Serj Sarkisyanın Krımın ilhaq edilməsi məsələsində müsbət qiymət verməsinin də şahidi olmuşuq".
A.Əzimov danışıqlarda əsas mövzulardan biri olan dəhliz məsələsinə də münasibət bildirib: "Dəhlizin təmin olunmasına gəlincə, adətən həmişə Dağlıq Qarabağla Ermənistan arasında yerüstü dəhlizin təmin edilməsinin vacibliyindən danışılır. Lakin təəssüf ki, nədənsə heç kim Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında dəhlizin təmin olunması vacibliyindən danışmır. Amma Azərbaycanın digər bölgələrindən Naxçıvan MR-ə gedib çatmaq üçün İran ərazisi üzərindən uzun yol keçmək lazım gəlir".
O, həmçinin qeyd edib ki, Ermənistan tərəfindən Suriya və Liviyadan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına köçürülüb orada məskunlaşması narahatlıq doğurur: "Əgər bu torpaqları bizə qaytaracaqsınızsa, niyə orada süni gərginlik yaradırsız? Əgər Dağlıq Qarabağın ətrafındakı torpaqlar ermənilərin iddia etdiyi ərazi kimi qəbul edilməyibsə, onda Ermənistan oradakı vəziyyəti niyə dəyişməyə və gərginliyin artmasına can atır?"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





