Ziyafət Əsgərov: "Sizə erməni xalq mahnısı lazımdır?"
Trend xəbər verir ki, Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında çıxışı zamanı Azərbaycan Respublikası Milli Məclisinin sədrinin 1-ci müavini Ziyafət Əsgərov deyib ki, Qarabağ Azərbaycan torpağıdır, adı da təmiz Azərbaycan adıdır.
Ermənistan parlamentinin seminarda iştirak edən üzvü Tevan Poqosyanın Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması barədə harada yazıldığı barədə sualına cavab olaraq azərbaycanlı vitse-spiker BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrin mətnlərində Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini dərhal tərk etmələri barədə müddəalarını bir-bir oxuyub: "Bəs sizə nə lazımdır? Sizə erməni xalq mahnısı lazımdır? Bu BMT-nin sənədidir".
Daha sonra Ziyafət Əsgərov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə laqeyd yanaşmasına görə beynəlxalq ictimaiyyəti sərt şəkildə qınayıb: "ABŞ BMT-nin mürəkkəbi qurumamış NATO ilə bir yerdə Liviyanı darmadağın etdi. Həmçinin İraqa girdiniz. Adını da qoydunuz ki, orada kimyəvi silah var. Heç nə də tapa bilmədiniz. Bu gün İraq xalqı necə əzab çəkir, siz də bilirsiz, mən də bilirəm.
Yuqoslaviyanı BMT-nin heç bir mandatı olmadan darmadağın etdiniz.
Bu da sizin işinizdir, vicdanınızın öhdəsindədir. 20 ildir BMT-nin TŞ Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib. Bu qətnamələr bəs niyə yerinə yetirilmir?
Krım, Ukrayna ilə bağlı AB, AŞ, BMT, ABŞ hərə bir tərəfdən Rusiyaya qarşı sanksiya qəbul edirsiz? Bəs 20 ildir ki, Ermənistana qarşı niyə sanksiyalar qəbul etmirsiz? Axı bizim də ərazilərimiz işğal edilib.
Cənab Foq Rasmussen bu yaxınlarda Litvada NATO PA-da çıxışının böyük bir hissəsini Ukrayna məsələsinə həsr etdi. Bəs niyə bir dəfə də olsun Azərbaycanla bağlı çıxış etmirsiz? Niyə Azərbaycanla bağlı qətnamə qəbul eləmirsiz? Bu ikili standartlara son qoyun! Ayıbdır!"
Vitse-spiker Azərbaycanın "düşmən" ifadəsindən qeyzlənən ermənilərə də sərt cavab verib: "Ermənistan nümayəndə heyətinin üzvü deyir ki, Azərbaycan Prezidenti deyib ki, Ermənistan düşmən dövlətdir. Məgər biz Ermənistana dost dövlət deməliyik? 20 faiz torpağımı işğal edib, 1 milyon qaçqınımız var. Hələ bir utanmırlar da. Düşmənə düşmən deyərlər də.
Nəhayət, snayperlərlər məsələsi. Sən gəlib Azərbaycanın ərazisini işğal edib, Zəngilanda, Qubadlıda, Füzulidə və digər torpaqlarımızda oturub mənim ölkəmdə cəbhə qurmusan, özü də deyirsən ki, snayperlərinizi yığışdırın. Snayperləri o zaman yığışdırarıq ki, Azərbaycan ərazilərindən çıxıb çəkilərsən Ermənistan-Azərbaycan sərhədinə. Mən onda güzəşt edə bilərəm. Mən öz ərazimi orada düşməndən qoruyuram. Sənin snayperin orada nə edir?"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





