Siyasət
"Asiya Müdafiə Xidmətləri Sərgisindəki Azərbaycan məhsulları böyük maraqla qarşılanıb"
21 Aprel 2014 16:27
Baxış: 1 281
Müdafiə Sənayesi Nazirliyinin (MSN) XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, MSN-in müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri Sərgisində nümayiş etdirilib.
Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniştərkibli nümayəndə heyəti Malayziyada səfərdə olub.
Dünyanın ən böyük beş müdafiə sənayesi sərgisindən biri olan "DSA-2014"-də Müdafiə Sənayesi Nazirliyi 132 adda müdafiə təyinatlı məmulatla təmsil olunub.
MSN bu sərgidə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan "İstiqlal", "Mübariz", "Yalquzaq" snayper tüfənglərini, tank və zirehli texnikalar üçün pulemyotu, hücum pulemyotunu, ilk dəfə olaraq universal pulemyotu, "Zəfər", "Zəfər-K" və "İnam" tapançalarını, pilotsuz uçuş aparatlarını, aviasiya təlim bombasını, müxtəlif çaplı sursatları, əleyhqazları və s. məmulatları nümayiş etdirib.
Nümayiş etdirilən məmulatlar sərgidə iştirak edən və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.
MSN-in stendində cari ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX-2014" beynəlxalq müdafiə sənayesi sərgisinin təqdimatı da keçirilib.
"DSA-2014" sərgisinin açılışından sonra iştirak edən və qonaq qismində qatılan ölkələrin nümayəndələri MSN-in stendini ziyarət ediblər. Ziyarətçilərə nümayiş etdirilən məmulatlar barədə nazirliyin mütəxəssisləri tərəfindən geniş məlumat verilib. Sərgi zamanı Azərbaycanda keçiriləcək "ADEX-2014" beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı da ətrafı məlumatlar verilib və dəvətlər çatdırılıb.
Səfər çərcivəsində nazir Y.Camalovun MSN-in stendini ziyarət edən Malayziyanın müdafiə naziri Hişammuddin Tun Hüseyni və Türkiyə müdafiə nazirinin müavini Hasan Kamal Yardımçı, Əmniyyət Baş İdarəsinin rəhbəri Mehmet Kılınclar, Pakistanın böyük müdafiə şirkətlərindən olan GIDS Korporasiyası İdarə Heyətinin sədri Zübeyir İqbal Maliki və Tailandın Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşləri olub.
Görüşlər zamanı Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumatlar verib.
Görüşlərdə müdafiə sənayesi üzrə qaşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsinə dair ümumi razılıq əldə olunub. Eyni zamanda, görüş iştirakçıları sentyabr ayında Bakıda keçiriləcək "ADEX-2014" beynəlxalq müdafiə sənayesi sərgisinə dəvət ediliblər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanın 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılır
-
Paşinyan diktatura qurur, Qərb göz yumur
-
Milli Məclisin iclası başlayıb - (Yenilənib)
XƏBƏR LENTİ
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib