Siyasət
Azay Quliyev Yunanıstanın tanınmış jurnalına müsahibə verdi
15 Fevral 2014 15:34
Baxış: 1 759
Yunanıstanın tanınmış beyin mərkəzlərindən olan "ELİAMEP-Middle East Mediterranean"in rüblük hesabatı olan "ELİAMEP" jurnalının sonuncu sayı Azərbaycana həsr olunub.
Trend-in məlumatına görə, böyük tirajla yayımlanan "ELİAMEP" dərgisində, əsasən, geosiyasi və iqtisadi analitik yazılar, Yaxın Qərb ölkələrinin siyasi situasiyası, inkişaf perspektivləri haqqında məqalələr, şərhlər, müsahibələr verilir.
Jurnalın bu sayında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyevlə geniş müsahibə verilib.
Müsahibədə 2013-cü il prezident seçkilərindən sonra Azərbaycanın iqtisadi-siyasi, sosial inkişafı, TAP enerji layihəsində, habelə Cənubi Qafqazda reallaşan digər layihələrdə Yunanıstanın rolu ilə bağlı suala aydınlıq gətirilib, Qara Dəniz QHT Forumunun gələcək perspektivi haqqında fikir mübadiləsi aparılıb.
Müsahibədə daha çox diqqət çəkən məqam Dağlıq Qarabağ problemi ilə bağlı verilən suallar və suallara ətraflı cavablardır. A.Quliyev problemin mahiyyəti, Ermənistanın işğalçılıq siyasəti, danışıqlarda tutduğu qeyri-konstuktiv mövqe, danışıqların məqsədli uzadılmasının səbəbləri barədə ətraflı və dəqiq informasiya verib.
Sonda Dağlıq Qarabağın mirvarisi, "konservatoriyası" sayılan Şuşa haqqında da danışılıb, Şuranın reallaşdırdığı "Şuşaya Azadlıq" kampaniyasından söz açılıb.
Qeyd edək ki, jurnalın bu sayında Azərbaycannın Yunanıstandakı səfiri Rəhman Mustafayevin "Azərbaycan-Yunanıstan əlaqələri 2013-də: ikitərəfli əlaqələr üçün yeni imkanlar", Cənub-Qərbi Avropa üçün Enerji İnstitutunun icraçı direktoru Kostis Stambolisin "Enerji tərəfdaşlığı və uzun müddətli planlama: Azərbaycan qazının Avropaya nəqlində Yunanıstanın əsas rolu", ELİAMEP-in rəhbəri Corc Tsoqopoulosun "Azərbaycanın Avropa istiqaməti" və "Middle East Research Project"in rəhbəri Evangelos Venetisin "Mədəni və siyasi naxışlar: Afina və Bakı arasında əlaqələr" analitik yazıları da yer alıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
"Turan Tovuz" - “Fənərbağça” matçında ilk qol - Yenilənib
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"