Siyasət

Ziya Məmmədov müfəttişlərlə bağlı tapşırıq verdi

30 Yanvar 2014 19:09
Baxış: 1 317

Bu gün Azərbaycanın Nəqliyyat Nazirliyində müşavirə keçirilib.


Nəqliyyat Nazirliyindən APA-ya verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun sədrliyi keçirilən müşavirədə sərnişin və yük daşınmaları sahəsində mövcud vəziyyət müzakirə edilib.

Z.Məmmədov bu sahəyə ciddi nəzarət edilməsi, daşıyıcılara xəbərdarlıq edilməsi barədə tapşırıqlar verib. O, lisenziyasız fəaliyyət göstərənlərə qarşı tədbirlərin görülməsi, avtobus və taksi parkının yenilənməsi, müfəttişlərin qanunsuz əməllərinin qarşısının alınmasını tapşırıb.

Həmçinin nazir ehtiyat sürücü bazasının yaradılması, elektron ödəmələrin tətbiqi, avtobusların qrafiklərə uyğun hərəkətinin təmin edilməsi, sərnişinlərin təhlükəsizliyi və digər məsələlərlə bağlı mövcud olan nöqsanların aradan qaldırılması və bu istiqamətdə yeni standartların tətbiqi ilə bağlı ciddi göstərişlər verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.