Akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" əsəri litva dilinə tərcümə edilib
Görkəmli ictimai və dövlət xadimi, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" adlı tarixi oçerki diasporumuzun xətti ilə litva dilində yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, oçerk Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə bu ilin 27 və 29 yanvar tarixlərində Litvanın populyar www.slaptai.lt portalında "Azerbaidžaniečių genocido realijos" başlığı altında dərc olunub. Əsər litva dilinə tanınmış tərcüməçi, ədəbiyyatşünas və publisist, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərəfindən tərcümə edilib. Tərcüməçi tərəfindən yazılmış giriş məqaləsində Litva oxucularına akademik R.Mehdiyevin həyat və yaradıcılığı haqqında məlumatlar da təqdim olunub.
Qeyd edək ki, akademik R.Mehdiyev 2000-ci ildə yazdığı bu əsərində 20 Yanvar faciəsinin tarixi, milli, dini və geosiyasi köklərini dərindən araşdıraraq üzə çıxarıb, qanlı hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı amillərini və prosesləri müxtəlif aspektlərdə geniş təhlil edərək mühüm elmi ümumiləşdirmələr aparıb.
Litva Azərbaycanlıları Cəmiyyətindən verilən məlumata görə, əsərlə tanış olan litvalı siyasət adamları və tarixçilər akademik R.Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" kitabını 20 Yanvar qırğını tarixinin dürüst işıqlandırılması sahəsində mühüm elmi hadisə kimi qiymətləndiriblər. Onlar hesab edirlər ki, geniş tarixi kontekstdə qələmə alınmış bu əsər digər elmi-tarixi məziyyətlərlə yanaşı, Azərbaycan tarixinin, həm də ən yeni dövr ümumdünya tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbədir.
Xatırladaq ki, Litva xalqı azadlığa gedən yolda dinc əhaliyə qarşı sovet hərbi təcavüzünün nə olduğunu öz təcrübəsi ilə bilir. Belə ki, 20 yanvar Bakı hadisələrindən bir il sonra - 13 yanvar 1991-ci ildə litvalılar Vilnüs qanlı hadisələrini yaşayıblar. Buna baxmayaraq, indiyədək Litva dilində 20 Yanvar faciəsini elmi-tarixi və geosiyasi planda belə yığcam şəkildə və dərin məzmunlu formada təhlil edib açıqlayan əsər yox idi. Buna görə də akademik R.Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" əsərinin litva dilinə tərcümə edilib dərc olunması Litvada azərbaycanşünaslığın irəliləyişi üçün verilmiş əhəmiyyətli bir töhfədir.
Litvalı mütəxəssislərin fikrincə, geniş oxucu kütləsi akademik R.Mehdiyevin göstərilən əsəri ilə litva dilində tanış olduqdan sonra Azərbaycan xalqının tarixi taleyini daha yaxından başa düşəcək və Azərbaycan-Ermənistan münasibətlərində həm keçmişdə baş vermiş hadisələrin, həm də hazırda gedən mürəkkəb proseslərin əsil səbəblərini daha dərindən öyrənmək imkanı əldə edəcəklər.
Litva ictimaiyyətinin marağını nəzərə alaraq, yaxın zamanlarda kitabın tam şəkildə litva dilində nəşr edilməsi nəzərdə tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - (Foto/Video)
-
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb - (Video)
-
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Hakan Fidan Bakıdadır - Yenilənib
-
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır





