Siyasət
Azərbaycan BMT strukturlarını erməni tərəfinin cəbhə xəttində təxribat əməlləri barədə məlumatlandırdı
30 Yanvar 2014 18:26
Baxış: 464
Azərbaycan BMT strukturlarını son vaxtlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı məlumatlandırıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər təşkilatlar yanında Daimi Nümayəndəliyinin BMT strukturlarına göndərdiyi bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, Azərbaycan erməni tərəfinin təxribat əməllərini qətiyyətlə pisləyir: "Bu kimi təxribat əməlləri tərəflər arasında etimadın yaradılmasını və uzunmüddətli münaqişənin həllini sarsıdır".
Nümayəndəliyin yaydığı bəyanatda, həmçinin bildirilir ki, Azərbaycanın bu münaqişənin həllinə dair mövqeyi açıqdır: "Bu, BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri və beynəlxalq hüquq normalarına əsaslanır. Münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Bu, regionda sülh və sabitliyin bərqərar olması üçün ən qısa və ən səmərəli yoldur".
Bəyanatda deyilir ki, cəbhə xəttində son vaxtlar vəziyyətin gərginləşməsinə görə məsuliyyət birbaşa olaraq Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən Ermənistanın üzərinə düşür: "BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, BMT-nin Nizamnaməsi, beynəlxalq hüquq norma və prinsiplərinə zidd olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalını davam etdirməsi gərginliyin əsas səbəbidir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və regionda sülhə nail olmaq yolunda əsas maneədir.
Qeyd edək ki, son günlər cəbhə xəttində ciddi gərginlik yaşanır. Erməni silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması halları dəfələrlə artıb. Hətta ermənilərin kəşfiyyat-diversiya qrupları Azərbaycan ərazilərinə girərək əməliyyatlar aparmağa çalışıblar. Bu zaman onların çoxlu sayda itki verdikləri bildirilir. Eyni zamanda, atəşkəsin tez-tez pozulması nəticəsində Azərbaycan Ordusunun iki zabiti şəhid olub. Yanvarın 28-də isə ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində qoşunların təmas xəttini keçməyə cəhd edərkən ələ keçirilib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - (Foto/Video)
-
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb - (Video)
-
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Hakan Fidan Bakıdadır - Yenilənib
-
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır