İTV Cəmil Həsənli ilə bağlı açıqlama verdi
"O, Əli Əhmədovun təşviqat üçün ödənişsiz efir vaxtına dəfələrlə müdaxilə edib, "dəyirmi masa" iştirakçılarını təhqir etməkdən belə çəkinməyib"
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) sentyabrın 19-da prezidentliyə namizədlərin ödənişsiz efir vaxtında baş verənlərlə bağlı açıqlama yayıb.
Şirkətin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, 19 sentyabr 2013-cü ildə İctimai Televiziyada keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizədlərin təşviqatına həsr edilmiş "dəyirmi masa"da, qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənli təşviqat üçün ayrılmış efir vaxtından istifadə edərək, digər həmkarına cavab verib, sonra isə əsassız şəkildə yenidən vaxt tələb edib.
"Aparıcının Seçki Məcəlləsinin tələblərini xatırladaraq Cəmil Həsənlini Azərbaycan qanunvericiliyinə riayət etməyə dəvət etməklə bağlı xəbərdar etməsinə baxmayaraq, o, haqlı iradlara məhəl qoymayıb, çıxışını davam etdirib. Cəmil Həsənli püşkatma ardıcıllığına uyğun olaraq qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun təşviqat üçün ödənişsiz efir vaxtına dəfələrlə müdaxilə edib və "dəyirmi masa" iştirakçılarını təhqir etməkdən belə çəkinməyib. Beləliklə, o, təşviqat üçün ayrılmış 6 dəqiqəlik ödənişsiz efir vaxtından başqa, 6 dəqiqə 12 saniyə əlavə vaxtdan istifadə edib. Bu vaxtın 6 dəqiqə 15 saniyəsi özünün sərbəst istifadə etdiyi efir vaxtı, 5 dəqiqə 37 saniyə prezidentliyə namizəd Hafiz Hacıyevlə mübahisə etdiyi və mikrofonsuz istifadə etdiyi efir müddəti, 20 saniyə qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun vaxtına müdaxilə, cəmi 12 dəqiqə 12 saniyə...
Sonda "dəyirmi masa"nın müddəti proqramda nəzərdə tutulduğundan xeyli artıq çıxıb. Onu da vurğulayaq ki, efirdə yaranmış gərginlik nəticəsində qeyri-etik ifadələrin işlənməsi İctimai Televiziyanın tamaşaçı auditoriyası tərəfindən də birmənalı şəkildə pislənilir. Bunu İTV-nin elektron poçtuna gələn məktublar və tamaşaçı və dinləyici zəngləri də təsdiqləyir".
İTV-dən bildirilib ki, 19 sentyabr 2013-cü ildə keçirilmiş "dəyirmi masa"nın videoyazısı araşdırılması üçün MSK-ya göndərilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
-
Bu şəxslər hərbi toplanışlara da çağırılmayacaq – Qanun təsdiqləndi
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
“Liverpul” Premyer Liqada tarixi göstəriciyə imza atdı
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
Tanınmış xanəndə “Zaza Dayı” ilə (Foto)
-
Ada Süleymanova ilə qəzada ölən Anar məşhur iş adamının oğludur
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)
-
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
-
Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixədək müzakirə olunacaq
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
“Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu (Foto)
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)
-
Azərbaycanda iki nəfər çayda batdı - Axtarışlar davam edir
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu





