Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbuldakı Beynəlxalq Katibliyindən AzərTAc-a verilən məlumata görə, dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilib.
Bu barədə qərar iyulun 6-da DƏ-İKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin Sammitinin bağlanış mərasimində elan edilib.
"İlin dövlət başçısı" nominasiyasında iştirak edib və İƏT-in 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev bu nominasiyanın qalibi olub.
Tədbirin bağlanış mərasimində qərarı elan edən İƏT Modeli Sammitinin hazırlıq komitəsinin sədri və Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru professor Abdulaziz Berqut bildirib ki, Prezident İlham Əliyev "İlin dövlət başçısı" seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.
Üçüncü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin "İlin dövlət başçısı" mükafatının modelin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə təqdim edilməsi nəzərdə tutulur.
Milli.Az
Siyasət
Prezident İlham Əliyev "İlin dövlət başçısı" seçildi
8 İyul 2013 16:50
Baxış: 1 385
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan ABŞ ilə tərəfdaşlığı Asiya və Avropa arasında əlaqənin inkişafının açarı hesab edir - Elçin Əmirbəyov
-
Ceyhun Bayramov Mixail Qaluzini qəbul etdi
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib - FOTO
-
Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
-
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - VİDEO - FOTO
-
Prezident İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Günəş kremi haqqında bilməli olduğunuz ən mühüm qaydalar
-
Ən təhlükəli kredit növləri - Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz
-
Südü soyuducuda bu hissəyə QOYMAYIN
-
Mərcimək kotletinə hansı ədviyyatlar vurulur?
-
“Barselona” səfərdə qalib gəlsə də, “Atletiko” yarımfinala yüksəlib
-
Gündə 30 dəqiqə kifayətdir - 10 il daha gənc qalmağın formulu
-
PSJ “Liverpul”u məğlub edərək yarımfinala yüksəlib
-
O da "A.B.İ"də rol alacaq - FOTO
-
Pünhan İsmayılın yubileyi - xalq artistləri toplaşdı - VİDEO
-
Çiyələyi şüşə bankada saxlamağın qaydası
-
Murad Arifin komandası selə düşdü: Təhlükəli anlar - VİDEO
-
Burak Yılmaz danışdı, UEFA Türkiyəyə qarşı araşdırma başlatdı
-
Günün qoroskopu: daxildə nəsə artıq dəyişir
-
Akademik Zərifə Əliyevanın anım günüdür
-
Makiyaj niyə üzümdə kələ-kötür qalır? - 6 səbəb və həlli
-
TƏBİB-də yeni təyinat: Səhiyyə islahatlarında idarəetmənin təkmilləşdirilməsi mərhələsi
-
İsrail və Livan razılığa gəldi
-
Xəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı yeni tələb
-
Sınamadığı üsul qalmamışdı - Bir ildə 32 kilo arıqladan 3 addım - FOTO
-
Bakının bəzi ərazilərinə dolu yağıb - YENİLƏNİB - VİDEO
-
Selahattin xanımına kiminlə xəyanət edir?
-
İcra başçısı idarə rəisini işdən çıxardı
-
Cem Adrianla bağlı qərar verildi
-
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb





