İlham Əliyev Xocalıda hərbçilər üçün tikilən evlərlə tanış oldu - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub.
Milli.Az xəbər verir ki, dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi.
Bildirildi ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var.
Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb. Evlər elektrik enerjisi və qazla təchiz olunub. Həmçinin ərazidə kommunikasiya layihələri, o cümlədən məhəllədaxili yolların yenidən qurulması icra olunub. Sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.
Qeyd edək ki, hərbi qulluqçuların xidməti evlərlə təmin olunması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir. Bu yanaşma ilk növbədə hərbi qulluqçuların, onların ailələrinin sosial qayğılarının həllinə xidmət edir. İndiyədək minlərlə hərbçinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların dövlət vəsaiti hesabına mənzillərlə təmin edilməsi istiqamətində konkret layihələr icra olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb - FOTO
-
Böyük Britaniyanın yeni səfiri Azərbaycanı təbrik edib
-
Xocalıda “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib - FOTO
-
İlham Əliyev Xocalıda hərbçilər üçün tikilən evlərlə tanış oldu - FOTO
-
Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
-
İordaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib
XƏBƏR LENTİ
-
Millinin düşərgəsinə şəxsi helikopteri ilə GƏLDİ
-
"İbrahim paşa" tanınmaz HALDA - VİDEO
-
Famil Məmmədovun baş direktor statusu TƏSDİQLƏNDİ
-
Prezident Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb - FOTO
-
Xalq artisti evindən oğurlanan 311 minlik qızılı və pullardan DANIŞDI
-
Böyük Britaniyanın yeni səfiri Azərbaycanı təbrik edib
-
Xocalıda “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib - FOTO
-
Rəqsanənin kiçik qzından diqqət çəkən PAYLAŞIM: "Hamı gedəndə belə..."
-
Toral Bayramovdan vida PAYLAŞIMI
-
Sabah hava PİSLƏŞƏCƏK: İntensiv yağış, şimşək çaxacaq
-
İlham Əliyev Xocalıda hərbçilər üçün tikilən evlərlə tanış oldu - FOTO
-
"Gözlərimi Türkan Şoraya bənzədirlər” - VİDEO
-
Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
-
"Sumqayıt" 2 əcnəbisini GÖNDƏRDİ
-
"Müharibə başlasa, Lukaşenkonun bağ evi VURULACAQ"
-
“Şəfa” Elgizi göndərdi
-
İordaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında iştirak edib - FOTO
-
Xoşqədəmin verilişi burada YAYIMLANIR
-
ABŞ-də dəhşətli partlayış: Çox sayda ölən var
-
“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirib” - Kamaləddin Qafarov
-
Bayram günü qoyun ətini belə yesəniz xəstəxanalıq olacaqsınız
-
Təyyarələrdə də internet olacaq
-
Aleksandr Stubb Prezident İlham Əliyevə məktub ünvanlayıb





