Siyasət

Yunanıstan lideri Prezident İlham Əliyevə məktub ünvanlayıb

27 May 2026 14:40
Baxış: 271

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi, həmçinin sülh, tərəqqi və rifah arzularımı çatdırıram.

Yunanıstan Azərbaycanla illər ərzində çoxşaxəli tərəfdaşlığa çevrilmiş və davamlı şəkildə inkişaf edən ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir. Əminəm ki, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə tam hörmətlə yanaşılmaqla ikitərəfli münasibətlərimizi xalqlarımızın rifahı naminə daha da inkişaf etdirə və möhkəmləndirə bilərik.

Zati-aliləri, bir daha Sizə ən xoş arzularımı bildirir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.