Böyük Britaniya Parlamenti separatçı rejimlə bağlı təşəbbüsünü dayandırmağa çağırılıb
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə fevralın 25-də başçılıq etdiyi qrupun adından Birləşmiş Krallıq parlamentinin üzvləri Baronessa Helena Kennediyə, Brendan O'Hara və Cessika Mordenə məktub ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Birləşmiş Krallıq parlamentində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində mövcud olmuş keçmiş cinayətkar və separatçı rejimlə bağlı davam edən araşdırma təşəbbüsündən ciddi narahatlıq və məyusluq hissi keçirdikləri qeyd olunub. Bildirilib ki, belə bir təşəbbüs hazırda Azərbaycan ilə Ermənistan arasında irəliləyən və Böyük Britaniya hökumətinin də yüksək səviyyədə dəstəklədiyi sülh prosesinə ciddi zərbə vura bilər.
Vurğulanıb ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz ildən artıq davam edən qanunsuz işğalı və bir milyona yaxın azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələnən ağır mərhələdən sonra Ermənistan ilə Azərbaycan hazırda ABŞ-dən və Avropadan olan tərəfdaşlarının dəstəyi ilə sülh prosesində real irəliləyiş əldə etməkdədir. Odur ki, mövcud olmayan separatçı rejimlə bağlı keçirilməsi nəzərdə tutulan təxribat xarakterli dinləmələrin radikal, sülhə qarşı çıxan diaspor qruplarının və lobbi dairələrinin yanlış və qərəzli məlumatlarına əsaslanacağı bildirilir.
F.İsmayılzadə, həmçinin qeyd edib ki, Cənubi Qafqazda revanşizmə yer yoxdur və tərəflər birgə səylərlə sülhün möhkəmləndirilməsi, müharibə siyasətinə qayıdışın qarşısının alınması istiqamətində fəaliyyət göstərməlidirlər.
Sonda Böyük Britaniya Parlamentinə sözügedən araşdırma təşəbbüsünün ləğvi ilə bağlı çağırış edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan parlamentinin üzvləri, xüsusilə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri britaniyalı parlamentarilərin bu məsələdə dəstəyinə inanır və iki ölkə arasında davam edən strateji tərəfdaşlığın Cənubi Qafqazda sülh prosesinə əlavə töhfə verəcəyinə ümid bəsləyirlər./AZƏRTAC
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
-
Prezident İlham Əliyev Paraqvay Prezidentinə məktub ünvanlayıb
-
Elçin Əmirbəyov Kamboca Krallığına işgüzar səfər edib - FOTO
-
Sahibə Qafarova Özbəkistana getdi
-
Azərbaycanın yolunu kəsmək istəyənlərin "U" DÖNÜŞÜ - Prezident İlham Əliyev onlara siyasi dərs keçdi - VİDEO
-
Əraqçi Ceyhun Bayramovu danışıqlar prosesi barədə məlumatlandırıb - YENİLƏNİB
XƏBƏR LENTİ
-
Şuşadakı bu 3 bina sökülə bilər
-
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
-
Manaf Ağayev xanımı ilə belə görüntüləndi - VİDEO
-
Zaur Əhmədov: Bakıda keçiriləcək WUF13 COP29 iqlim gündəliyinin davamı olacaq
-
Dünyanın ən qədim ağaclarının altında bənzərsiz kəşfə imza atdılar
-
Fatimə 19 minlik üzüyünü itirdi - FOTO
-
Paşinyan onu məhkəməyə verdi
-
Sabahdan bu zolaqlara girənlər cərimə olunacaq
-
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib - VİDEO - FOTO
-
Ölkədə maaşlarla bağlı MÜHÜM XƏBƏR
-
Fövqəladə hallar statistikası açıqlandı: Partlayışlar artır, yanğınlar azalır
-
"E-Kredit" BOKT-un lisenziyası ləğv EDİLDİ
-
Sevda anidən yerə sərildi - Ayağı QIRILDI - FOTOlar
-
Kiyevdə matəm elan edildi
-
Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ
-
Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
-
Sulu salfetkalar niyə günün altında qalsa belə QURUMUR?
-
WUF13 Festivalı başa çatdı
-
Əməkdar artist: "Hər oradan keçəndə AĞLAYIRAM..."
-
Hava kəskin DƏYİŞİR: Yağış qara keçəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
-
Asif Məmmədova görə klub 10 min manat CƏRİMƏLƏNDİ
-
“Telefonumdakı görüntülər ortaya çıxsa, şou-biznes bir-birinə dəyər, aləm QARIŞAR”





