İdman

Asif Məmmədova görə klub 10 min manat CƏRİMƏLƏNDİ

14 May 2026 16:18
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qəbələ" klubu Asif Məmmədova görə 10 min manat cərimələnib.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasının XXXI turunun mayın 9-da keçirilən "Qəbələ" - "Qarabağ" matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu 4 matç cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.

Həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubu əlavə 2 500 manat, meydana kənar əşya atılması isə 2 000 manat ziyana salıb.

Mayın 10-da baş tutan "Neftçi" - "Şamaxı" oyununda 4 futbolçusu sarı vərəqə ilə xəbərdarlıq alan "Şamaxı" 700 manat cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.