WUF13 Festivalı başa çatdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində ölkə ictimaiyyətinin bu mötəbər beynəlxalq tədbir barədə məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı təşkil olunub.
Əməliyyat Şirkətindən Axar.az-a verilən məlumata görə, festival Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıt şəhərlərində keçirilib və Bakıda yekun tədbirlə başa çatıb. WUF13 şəhər festivalları ümumilikdə 9 şəhərdə 115 mindən çox insanı bir araya gətirib.
Festival proqramı iki əsas hissədən ibarət olub. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə fəaliyyət göstərən ali təhsil müəssisələrində WUF13 mövzusunda məlumatlandırma sessiyaları təşkil edilib. Sessiyalar çərçivəsində forumun məqsədləri, dayanıqlı şəhərsalma prinsipləri və Azərbaycanın urbanizasiya sahəsində prioritetləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Günün ikinci yarısında isə açıq havada ictimai proqramlar həyata keçirilib. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr təşkil olunub. Tədbirlərdə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ urban həllər və gələcəyin şəhərləri kimi aktual mövzular geniş auditoriyaya təqdim edilib.
Festival iştirakçıları həmçinin WUF13-ün əsas ideyaları və beynəlxalq əhəmiyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Müxtəlif yaş qruplarını əhatə edən tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şəhər sakinlərinə gələcəyin yaşayış məkanları ilə bağlı yeni baxış bucağı qazandırıb.
Qeyd olunub ki, WUF13 şəhər festivalları ölkə üzrə geniş ictimai iştirakçılığı təmin etməklə yanaşı, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması istiqamətində maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ölkədə maaşlarla bağlı MÜHÜM XƏBƏR
-
Fövqəladə hallar statistikası açıqlandı: Partlayışlar artır, yanğınlar azalır
-
"E-Kredit" BOKT-un lisenziyası ləğv EDİLDİ
-
Sevda anidən yerə sərildi - Ayağı QIRILDI - FOTOlar
-
Kiyevdə matəm elan edildi
-
Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ
-
Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
-
Sulu salfetkalar niyə günün altında qalsa belə QURUMUR?
-
WUF13 Festivalı başa çatdı
-
Əməkdar artist: "Hər oradan keçəndə AĞLAYIRAM..."
-
Hava kəskin DƏYİŞİR: Yağış qara keçəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
-
Asif Məmmədova görə klub 10 min manat CƏRİMƏLƏNDİ
-
“Telefonumdakı görüntülər ortaya çıxsa, şou-biznes bir-birinə dəyər, aləm QARIŞAR”
-
Maaşlarla bağlı ŞAD XƏBƏR: Əlavələr EDİLƏCƏK - QƏRAR
-
Arvadı Devid Bekhemə toyuqlar hədiyyə etdi - VİDEO
-
Bu yolda yeni işıqforlar quraşdırıldı
-
Gəncə sakinləri indi “Yango” tətbiqində ictimai nəqliyyat marşrutlarını planlaşdıra bilərlər
-
AFFA "Zirə"ni cərimələdi
-
Paytaxtın mərkəzində baş verən dəhşətli qəzanın VİDEOsu
-
Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi
-
Gürcüstanda ağır QƏZA - 7 azərbaycanlı gənc öldü - ANBAAN VİDEO
-
Övladınızın cibində limon duzu varsa… - Valideynlərə XƏBƏRDARLIQ





