"Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"yə dəyişiklik edilib.
Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə artırılıb.
Xatırladaq ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri - Elçin Zeynalov, Sarvan Cəfərov və İlhamə Qədirovadır.
Milli.Az





