Milli Məclisin üzvlərindən Anım Günü ilə bağlı dünya parlamentlərindəki həmkarlarına müraciət
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr - Anım Günü ilə əlaqədar beynəlxalq parlament təşkilatlarındakı və xarici ölkələrin parlamentlərindəki həmkarlarına müraciət ünvanlayıblar.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, müraciətdə ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan Respublikasının təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunduğu, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı aktları həyata keçirildiyi bildirilir.
Sənəddə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hücumundan sonra Azərbaycan Respublikasının BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladığı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən döyüş əməliyyatlarının gedişində ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulduğu və dövlətimizin ərazi bütövlüyünün bərpasının təmin edildiyi xatırladılır.
Müraciətdə hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərindən və insanlıq əleyhinə cinayətlərdən də bəhs edilir. Xüsusilə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı hücumlara və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl edib, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf alıb, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməyib.
Sənəddə, həmçinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində isə Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulduğu, Azərbaycanın suverenliyinin onun bütün ərazisində bərqərar edildiyi xatırladılaraq, hazırda işğaldan azad edilmiş bölgələrdə yaşayış məskənləri tikilərək bərpa olunduqca keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı diqqətə çatdırılır. Bununla belə, Ermənistan tərəfinin Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə minanın törədiyi fəsadlar da təəssüf hissi ilə qeyd olunur.
Bütün bunlara baxmayaraq, məhz Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün 5 baza prinsipini təqdim etdiyi, ötən 5 ildə sülh gündəliyinin həyata keçirilməsi üçün ciddi səylər göstərdiyi, sülh sazişinin layihəsinin də məhz Azərbaycan tərəfindən tərtib edildiyi vurğulanır. Bu çərçivədə bu ilin avqust ayının əvvəllərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Vaşinqtonda görüşüb danışıqlar aparmasının, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanmasının münaqişəyə birdəfəlik son qoyulmasına əlverişli şərait yaratdığı xatırladılır.
Eyni zamanda, əldə edilmiş razılaşmalara uyğun olaraq, reallaşacaq "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu"nun qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəyi vurğulanaraq, perspektivdə yekun sülh sazişinin imzalanmasının Azərbaycanla Ermənistan arasında davamlı və uzunmüddətli sülhü bərqərar etməklə, bütün Cənubi Qafqaz regionu qarşısında sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açacağına inam ifadə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın yolunu kəsmək istəyənlərin "U" DÖNÜŞÜ - Prezident İlham Əliyev onlara siyasi dərs keçdi - VİDEO
-
Əraqçi Ceyhun Bayramovu danışıqlar prosesi barədə məlumatlandırıb - YENİLƏNİB
-
Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO - FOTO
-
Azərbaycan Yaxın Şərqdə sabitlik modeli kimi fərqlənir - Rufiz Hafizoğlu
-
Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib - FOTO
-
İlham Əliyevin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə kadrlar paylaşılıb - VİDEO
XƏBƏR LENTİ
-
Arvadı Makronu təyyarədə sillələdi
-
Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib
-
Bayrama yaxın heyvan QİYMƏTLƏRİ
-
Ərdoğan Qazaxıstana getdi
-
Artıq taksilərdə də "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
-
Vaşinqtonun İran planı məlum oldu
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Adnan Şensesin qızı vəfat etdi - FOTO
-
Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz - YENİLƏNİB
-
"Ziraat Bank Azərbaycan" istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
-
Azərbaycanın yolunu kəsmək istəyənlərin "U" DÖNÜŞÜ - Prezident İlham Əliyev onlara siyasi dərs keçdi - VİDEO
-
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
-
"Liverpul"da yeni mövsüm üçün baş məşqçi QƏRARI
-
Masazır sakinləri pis qoxudan şikayətçidir - Çirkab suları Duz gölünə axıdılır?
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Röya qaçhaqaçda! - VİDEO
-
AFFA Region Liqasının final oyununun vaxtı açıqlandı
-
Hava kəskin DƏYİŞİR: Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
64 yaşlı müğənninin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO
-
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib - FOTO
-
"Hədiyyələr alıb, soyunmağa məcbur edirdi" - Maykl Ceksonun "gizli ailəsi" danışdı - FOTO
-
Sabah 2 rayonun bəzi ərazilərində qaz KƏSİLƏCƏK
-
Mourinyonu “Real”ın baş məşqçisi kimi görmək istəmir
-
Siqareti tərgidənlərin NƏZƏRİNƏ - Ekspertdən tövsiyələr





