Siyasət

Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib

25 Avqust 2025 18:05
Baxış: 408

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Böyük sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə təbrik edir və ən səmimi arzularımı çatdırıram.

Parlaq, çoxtərəfli ictimai və dövlət xadimi, sevimli həyat yoldaşı və ana kimi Sizə həmişə heyranam.

Siz təmiz və fədakar ürəyiniz, xeyirxah əməlləriniz ilə haqlı olaraq bütün Azərbaycan xalqının məhəbbətini, Özbəkistanda və dünyanın digər ölkələrində böyük hörmət qazanmısınız.

Bu gözəl gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ailə səadəti, mənəvi harmoniya, bütün yaxşı təşəbbüslərinizi həyata keçirmək naminə tükənməz güc və enerji arzulayıram.

Qoy, həyatınız həmişə sevinc, yaxınlarınızın qayğısı və dəstəyi ilə dolsun!"
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.