Siyasət

BQXK Azərbaycanda fəaliyyətini dayandırır

25 Avqust 2025 18:50
Baxış: 400

Beynəlxalq Qızıl Xaç Komitəsinin Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq.

Bu barədə APA-ya BQXK-nin ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant məlumat verib.

Eyni zamanda, o qeyd edib ki, "hazırda beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslərə münasibətdə onların işinin gələcəyi ilə bağlı Azərbaycan tərəfi ilə dialoq aparırlar".

O, bu müzakirələrin təfərrüatlarını şərh etməyib.

Qeyd edək ki, BQXK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olarkən bildirib ki, təşkilatın Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq.
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.