"İranın Ermənistandakı səfirinin bununla bağlı iddiaları qəbuledilməzdir"
İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir.
Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin İranın Ermənistandakı səfirinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddialarına dair şərhində deyilir.
"İran İslam Respublikasının səfirinin diqqətinə çatdırırıq ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib.
Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər.
Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb.
Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir.
Bununla əlaqədar, İran səfirinin Ermənistanın Armenpress agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil", - o qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiya Britaniyanı hədələdi
-
Norveç kralı xəstəxanaya yerləşdirildi
-
Tramp Omanı hədələdi
-
Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
-
Prezidentin Naxçıvanla bağlı strateji hədəfi: Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər açıqlandı - (Video)
-
Səfir: Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
XƏBƏR LENTİ
-
“Fənərbağça” Çempionlar Liqasında Fransa klubu ilə qarşılaşacaq
-
Doğuşdan sonra 20 gün komada olan qadın vəfat etdi
-
Məşhur jurnal yeni 100 manatlıqdan yazdı: “iqtisadiyyat və inkişafın milli ifadəsi”
-
Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu - Təhvil veriləcək
-
İnfantinonu tənqid etdi - Yüksək vəzifəsindən oldu
-
Könül Qasımova yenidən həbs olundu
-
Məşhur falçı ailəni “cadu” ilə qorxudub 730 manat aldı
-
Generalın oğlu işdən çıxarıldı
-
Anar Nağılbazın oğlu atasının məzarından video paylaşdı
-
"Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir"
-
İki futbolçunun həyatını itirdiyi qəzanın görüntüləri yayıldı - (Video)
-
Bəxtiyar Həsənov Rusiyadan belə deportasiya edilib - (Video)
-
Rusiya Britaniyanı hədələdi
-
Ceki Çan Azərbaycanda ona verilən hədiyyəni paylaşdı - (Video)
-
Moskva son 2 ilin ən böyük dron hücumuna məruz qaldı: Rekord say
-
Yeni metro stansiyalarının piyada əlçatanlıq xəritəsi necə olacaq?
-
Məşhur türk müğənni və aktrisa yol hərəkəti qaydalarını heçə saydı
-
White Star Beynəlxalq Təmizlik Şəbəkəsi Xalq artisti Brilyant Dadaşovanın evində xidmət göstərib - (Foto-Video)
-
Övladlarından ayrı düşən ana uşaqlarına qovuşdu
-
Qızıl və gümüş ucuzlaşdı
-
Norveç kralı xəstəxanaya yerləşdirildi
-
Türkiyədə 6 avtomobil toqquşdu - Çox sayda yaralı var - (Foto)
-
Bu rayonlardan Bakıya gələnlərə pis xəbər
-
Şiş aşkarlanan Tarık Mengüçlə bağlı sevindirici xəbər - (Foto)





