Siyasət

Prezident İlham Əliyev: Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub

28 May 2025 14:22
Baxış: 366

Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib.

"Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir", - deyən Azərbaycan Prezidenti bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.