Siyasət

Prezident Culius Maada Bionu təbrik edib

27 Aprel 2025 10:46
Baxış: 321

Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Culius Maada Bionu təbrik edib.

Milli.Az xəbər verir ki, təbrik mətnində qeyd olunub:

"Hörmətli cənab Prezidenti,

Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.