Türkiyə

Müəlliminin dəfn mərasiminə qatıldı - FOTO

27 Aprel 2025 18:54
Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müəllimi Ahmet Karamanın dəfn mərasiminə qatılıb.

Milli.Az xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Ahmet Karaman Ərdoğanın İstanbul İmam Hatip Liseyində ərəb dili müəllimi olub.

Türkiyə Prezidenti öz müəllimi üçün başsağlığı mesajı paylaşıb: "Bu gün vəfatını kədərlə qarşıladığımız İstanbul İmam Hatip Liseyində ərəbcə müəllimlərimizdən olan dəyərli pedaqoq Ahmet Karamanla vidalaşırıq. Allahdan müəllimimizə rəhmət diləyirik. Onun dəyərli ailəsinə, tələbələrinə və İmam Hatip camaatına başsağlığı verirəm. Məkanı cənnət olsun".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.