İdman

Premyer Liqanı tərk edəcək sonuncu komanda oldu

27 Aprel 2025 17:15
Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqası (İPL) tarixində ilk dəfə olaraq aşağı liqaya düşəcək hər üç komanda finişə dörd tur qalmış müəyyənləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 34-cü turda "Nyukasl"a məğlub olan "İpsviç" (0:3) İPL-də qalmaq şansını itirən üçüncü komanda olub.

İndiyə qədər turnir tarixində heç vaxt aşağı liqaya düşəcək hər üç komanda bu qədər erkən müəyyənləşməyib.

Xatırladaq ki, "Lester" aprelin 20-də 33-cü turun matçında "Liverpul"a uduzaraq (0:1) elit liqada qalmaq üçün riyazi şanslarını itirib. "Sauthempton" 31-ci turda "Tottenhem"ə uduzaraq (1:3) Premyer Liqa ilə vidalaşıb.

Qeyd edək ki, aşağı liqaya düşən hər üç komanda ötən mövsümün yekunlarına görə Çempionşipdən Premyer Liqaya yüksəlmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.