Maraqlı

Azərbaycanın ərazisi: Londonun 1918-ci il xəritəsində - FOTO

27 Aprel 2025 18:08
Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təqdim edilən xəritə 1918-19-cu illərə aiddir və Böyük Britaniya tərəfindən hazırlanıb.

Milli.Az xəbər verir ki, bu barədə xəritəni paylaşan tarixçi alim Zaur Əliyev qeyd edib.

O, sözügedən xəritədən Azərbaycan ərazisinin Zəngəzuru, həmçinin Göyçə və Dərələyəzin əhəmiyyətli hissəsini əhatə etdiyini vurğulayıb.

Xəritədə ən diqqətçəkən məqam isə Araz çayından cənubda qalan hissənin də Azərbaycan adlandırılmasıdır. Həmin vaxt indi İran adlanan ərazidə türk sülaləsi Qacarlar hakimiyyətdə idi.

Xatırladaq ki, 1918-ci ildə Osmanlı imperiyası Birinci Dünya müharibəsində məğlub olduğu üçün parçalanması və Qarsın da əlindən alınması nəzərdə keçirilirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.