Bəhməzin içinə 1 qaşıq əlavə edin - Möcüzəvi faydanı görün
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sağlamlıq üçün faydalı olan bir çox təbii məhsullar arasında bəhməzin xüsusi yeri var. Amma onun təsirini qat-qat artıran bir qarışıq var ki, bu da soyuqdəymə, öskürək, balğam və zəif immunitetə qarşı əsl təbii müdafiə vasitəsidir. Pekmez, limon suyu və qara bibərdən ibarət bu qarışım sağlamlıq üçün əsl möcüzə hesab olunur.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu üçlü qarışım immun sistemini gücləndirir, bədəni enerji ilə təmin edir və xəstəliklərə qarşı müqaviməti artırır. Bəhməzin tərkibindəki zəngin dəmir və vitaminlər qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir və orqanizmin enerji səviyyəsini yüksəldir. Limon suyu isə C vitamini baxımından zəngin olmaqla yanaşı, immuniteti gücləndirir, orqanizmi toksinlərdən təmizləyir. Qara bibər isə tərkibindəki piperin sayəsində C vitamininin mənimsənilməsini asanlaşdırır, həzmi yaxşılaşdırır və detoks təsiri göstərir.
Bu qarışım təkcə immun sistemini deyil, eyni zamanda sümükləri də gücləndirir. Bəhməzin tərkibindəki minerallar sümüklərin möhkəmlənməsinə və erkən yaşlanmanın qarşısının alınmasına dəstək olur. Qara bibərin iltihabəleyhinə xüsusiyyətləri və limonun antioksidant tərkibi ilə birlikdə bu qarışım orqanizmə ümumi fayda verir.
Mütəxəssislər, bu qarışımın gündəlik olaraq bir çay qaşığı təzə üyüdülmüş qara bibər, yarım limonun suyu və bir çay qaşığı bəhməzdən hazırlanaraq istifadə olunmasını tövsiyə edir. İstəyə görə üzərinə isti su əlavə edilərək içilə bilər. Lakin qarışımın turşuluğu bəzi şəxslərdə mədədə narahatlıq yarada biləcəyi üçün, həddindən artıq istifadə edilməməsi və sağlamlıq problemi olan şəxslərin həkimlə məsləhətləşməsi tövsiyə olunur.
Bu təbii qarışım xüsusilə qış aylarında orqanizmi qoruyur, öskürək və bəlğəm kimi tənəffüs yolu problemlərinə qarşı effektiv təsir göstərir, həmçinin enerji səviyyəsini artırır.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)





