Siyasət

Ceyhun Bayramov: Ermənistan və Fransada bayrağımızın yandırılması cinayət əməli kimi qiymətləndirilməlidir

25 Aprel 2025 18:48
Baxış: 901

Ermənistanda revanşist meyllər və Ermənistanda radikal diaspor nümayəndələrinin çıxışları qeyd edilməlidir.

Milli.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistanda Azərbaycanın dövlət rəmzi olan dövlət bayrağımız yandırılıb: "Dünən isə Fransada bayrağımız yandırılıb. Hər iki ölkənin aidiyyəti strukturlarına çağırış edirik. Cinayət tərkibli əməllərin qiymətləndirilməsi labüddür. Bu addımlar utancverici hərəkətlərdir. Burada həmçinin tərəfimizdən ictimai qınaq mesajlarını da önəmli hesab edirik". /APA

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.