Yeni reallıqlar və Azərbaycanın siyasi qətiyyəti
Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb, Azərbaycanın xarici siyasətinə dair bir neçə əsas istiqaməti vurğulayıb. Forumda qlobal siyasi dəyişikliklər, münaqişələr və çağırışlar müzakirə edilib. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətdəki rolunu vurğulayıb.
Tədbirə dünya miqyasında yüksək səviyyəli iştirakçılar qatılıb və forumda iqlim dəyişikliyi, miqrasiya və beynəlxalq hüquq kimi aktual mövzulara toxunulub. Beynəlxalq ekspertlər qlobal mövzuları müzakirə etmək məqsədilə yeddinci dəfədir ki, Azərbaycana gəlirlər. Bu səfərlər Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasına və ölkənin daxili durumunun daha dərindən dərk edilməsinə töhfə verir. Eyni zamanda, ekspertlər bu səfərlər vasitəsilə Azərbaycanın tarixi və müasir gerçəklikləri ilə yaxından tanış olurlar.
Prezident çıxışına başlayaraq bildirib ki, 1923-cü ildə Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə təcavüzkar separatizmə aparan bu prosesə start verilib. Ermənistanın militarist və revanşist siyasətinin regional təhlükəsizlik üçün ciddi təhdid olduğunu qeyd edən Prezident 44 günlük müharibənin Ermənistanın təcavüzkarlığına qarşı uğurlu cavab olduğunu bildirib. O, həmçinin Ermənistanın Araz çayını çirkləndirməsinin ətraf mühitə vurduğu ziyanı da diqqətə çatdırıb.
Ölkə başçısı Azərbaycanın regional və beynəlxalq siyasətdəki rolunu gücləndirərək, Avropa, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələrinin inkişafına diqqət çəkib. O bildirib ki, Azərbaycan bu bölgələr arasında iqtisadi və nəqliyyat körpüsü rolunu oynayır, xüsusilə iqtisadi və transit potensialının artırılması istiqamətində irəliləyişlər əldə edib.
Azərbaycanın coğrafiyası və tarixi, həmçinin Xəzər dənizi ətrafında yerləşən qonşularla qurulan əlaqələr ölkənin geopolitik mövqeyini gücləndirir. Azərbaycanın Mərkəzi Asiya, Yaxın Şərq və Avropa ilə qurduğu güclü siyasi, iqtisadi və nəqliyyat əlaqələri, bu ölkələrin uzunmüddətli əməkdaşlıq üçün əlverişli platforma yaratmasını təmin edir.
Azərbaycan Mərkəzi Asiya və Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan güclü əlaqələr qurub. Xüsusilə enerji sektorunda Azərbaycanın geniş enerji resursları və yaşıl enerji təşəbbüsləri bu regionlarla olan əlaqələri daha da möhkəmləndirir. Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabeli layihəsi və Cənub Qaz Dəhlizinin genişlənməsi bu əlaqələri daha da dərinləşdirir. Beləliklə, Azərbaycanın rolunun artırılması, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində əhəmiyyətli təsir göstərir.
Azərbaycanın ABŞ ilə münasibətləri barədə danışan Prezident Tramp administrasiyası dövründə iki ölkə arasında daha yaxın əməkdaşlıq yaranmasını və sonrakı dövrdə münasibətlərin inkişafını qeyd edib. Digər tərəfdən, Azərbaycan-Çin əlaqələrinin inkişafına da toxunulub, Çinlə strategiya tərəfdaşlığının əhəmiyyəti və yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri vurğulanıb.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın Afrika ölkələri ilə əlaqələrini inkişaf etdirmək istiqamətində atılan addımları və Qoşulmama Hərəkatında ölkəmizin göstərdiyi liderliyi qeyd edib. Türk dünyası ilə əməkdaşlığın önəmini vurğulayaraq Azərbaycanın Türk Dövlətləri Təşkilatını daha güclü və təsirli bir qurum olaraq görmək istədiyini ifadə edib.
Gürcüstanla strateji əlaqələrin gücləndirilməsi, Orta Dəhlizin irəlilədilməsi və Azərbaycanın bu dəhlizin inkişafında oynadığı mühüm rol da Prezidentin çıxışında yer alan digər mövzulardır.
Müasir dünya düzənində güc mərkəzləri dəyişdikcə Azərbaycan da öz milli maraqlarını qorumaq üçün düşünülmüş və balanslı siyasət yürüdür. Orta güc statusuna malik olan Azərbaycan beynəlxalq münasibətlərdə fəal mövqe nümayiş etdirir. Bu gün Azərbaycan güclü iqtisadiyyatı, sabit siyasi sistemi və milli həmrəyliyi ilə regionda sabit güc mərkəzinə çevrilib. Yeni dünya nizamında Azərbaycan müstəqil və nüfuzlu bir aktor kimi çıxış edir. Azərbaycan beynəlxalq tərəfdaşlığa açıqdır, lakin bu əməkdaşlıq daxili işlərə hörmət prinsipi əsasında olmalıdır.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
XƏBƏR LENTİ
-
Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)





