Siyasət

İrina Viner Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

3 Aprel 2025 20:11
Baxış: 290

Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Viner Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu bayram təbiətin oyanmasının, sülh, birlik və əmin-amanlıq yolunda insanlar arasında əlaqələrin möhkəmlənməsinin rəmzidir.

Ənənələrlə və dərin məna ilə dolu bu parlaq bayram müasir dünyada xüsusilə aktual olan qarşılıqlı anlaşmanın, bir-birinə hörmət və dəstəyin vacibliyini xatırladır. Yenilənmə, dirçəliş və yeni həyat dövrünün başlanğıcını simvolizə edən Novruz qədim tarixə malikdir və mədəni irsin tərkib hissəsidir.

Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Qoy Novruz ölkənizə və xalqınıza daha çox firavanlıq və əmin-amanlıq gətirsin!".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.