Şou-biznes

Aysun birinci əri ilə barışıb? - özü açıqladı - VİDEO

7 Aprel 2025 07:59
Baxış: 5 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Aysun İsmayılova TikTok-da onun birinci həyat yoldaşı Eşqin Cəlilovla barışdığını iddia edən səhifələrə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, bu barədə o, İnstagramda paylaşım edib.

Aysun deyib ki, yalan xəbər yayan səhifələri bağlatdıracaq:

"Tiktokda səhifələr açmış bəzi şərəfsizlər... Bu haqda danışmaq istəmirdim, komanda olaraq şikayətlərimizi göndərmişik, o səhifələrin hamısı bağlanacaq. Şükür etsinlər ki, polisə müraciət etməmişəm.

Bu videonu ona görə çəkdim ki, bütün ətrafım mənə zəng edir, deyirlər ki, bu xəbər doğrudurmu? Bir-bir deməkdən yoruldum.

İki dünya bir olsa da, o xəbərlər heç vaxt doğru olmayacaq. Heç bir barışıq olmayacaq. Həyatımdan çıxardığım insanları heç vaxt geri qaytarmıram, keçmişə baxmıram, yalnız gələcəyə baxıram. Bu söhbətlər bağlansın, o səhifələr onsuz da bağlanacaq". (Bizim.Media)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.