Kriminal

Azərbaycanda molla həyat yoldaşını öldürdü - Başqa kişi ilə... - YENİLƏNİB

7 Aprel 2025 14:28
Baxış: 3 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz rayonunun Xaspolad-oba kəndində baş verən qətlin detalları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, molla arvadını qısqanclıq zəminində öldürüb. O, arvadının başqa kişi ilə əlaqələrini tutub.

Xaspoladoba kənd sakini, 48 yaşlı Asəf Vaqif oğlu Məmmədov yaşadığı evdə qısqanclıq zəminində arvadı, 45 yaşlı Yaqut Bayram qızını əli ilə boğaraq öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, A.Məmmədov tutulub.

-------

07:06

Xaçmaz rayonunun Xaspolad-oba kəndində baş verən qətlin detalları məlum olub.

Milli.Az xəbər verir ki, kəndin mollası Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədovanı boğaraq öldürüb.

Daha sonra Xaçmaz rayon Polis Şöbəsinə gələrək təslim olub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.