İqtisadiyyat

“Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində ödənişsiz olaraq məhsul və xidmətlərini nümayiş etdirmək istəyən istehsalçıların nəzərinə!

7 Aprel 2025 16:04
Baxış: 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

13-16 may tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi ("İnterFood Azerbaijan") sərgiləri keçiriləcək.

Sərgilərdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər təqdim ediləcək.

Əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək. Belə ki, sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq.

Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar 5 may 2025-ci il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "Caspian Agro" və ya "İnterFood Azerbaijan" qeyd olunmalıdır) müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.