Cəmiyyət

Çoxuşaqlı ailələrə yeni güzəştlər olacaq - Deputat AÇIQLADI

7 Aprel 2025 16:17
Baxış: 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşların, o cümlədən çox uşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək".

Milli.Az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, pensiya yaşının müəyyənləşməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadə olunmasını və uşaqların sayına görə pensiya yaşının müəyyənləşdirilməsini təklif edib .

"Yəni çoxuşaqlı ailələrdə uşaqların sayına uyğun olaraq pensiya yaşının azaldılmasını təklif etdim. Qeyd etdim ki, güzəştli şərtlər ilə pensiya yaşı müəyyənləşdirilən zaman kəmiyyət indikatorları ilə yanaşı, keyfiyyət meyarlarından da istifadə edilməsi məqsədə uyğun olardı. Bu gün müzakirə etdiyimiz "Əmək pensiyaları" haqqında Qanuna əsasən, Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olanların 5 il daha tez pensiyaya çıxırlar. Müzakirə etdiyimiz dəyişikliklər ilə onların pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək".

Deputatın sözlərinə görə, bununla belə, 5 uşağı olanla 5-dən daha çox uşağı olanların pensiya güzəşti eynidir:

"Halbuki uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədəuyğun olardı. Bu halda daha çox övladı olanlar valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdən pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır.

Təqdim edilən dəyişiklik pensiyaların ödənilməsində maliyyə təminatının genişləndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımdan vacibdir. Bu dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə öhədliklərinin dəqiqləşdirilməsinə xidmət edir. Dəyişiklik dövlət büdcəsi hesabına güzəştli şərtlər ilə pensiya alanların dairəsinin genişləndirilməsinə xidmət edəcək.

Məhz bu səbəbdən dövlət büdcəsindən DSMF-ə transfertlərin məbləği 2025-ci ildə əvvəlki ilə nisbətən 208 milyon artırılaraq 1 milyard 600 milyon manata çatdırılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.