Şou-biznes

“Heç olmasa “Əməkdar artist” adını versinlər”

7 Aprel 2025 23:09
Baxış: 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mən fəxri adı layiq olduğum vaxt almaq istəyərəm. Arxasınca düşüm, mənə fəxri ad versinlər... Həqiqətən xalqın sevgisi mənim üçün daha önəmlidir. Amma biz sənətdə olduğumuz üçün fəxri adlar da olmalıdır".

Milli.Az bildirir ki, bu sözləri müğənni Elçin Cəlilov qonaq olduğu "Pərvizə görə" verilişində deyib. Sənətçi "fəxri ad" mövzusu ilə bağlı fikirlərini belə şərh edib:

""Fəxri ad üçün nə etməliyəm?" - deyə, heç zaman düşünməmişəm. Olmayacaqsa, olmayacaq, olacaqsa, olacaq... Əsas odur ki, mahnılarım, özüm bir insan kimi yadda qalım. Mənim üçün ən önəmlisi bunlardır. Hesab edirəm ki, gərək böyük bir zəhmət olsun ki, bunun qarşılığında heç olmasa "Əməkdar artist" fəxri adını versinlər. "Əməkdar artist" nə deməkdir? Əməyinin qarşılığını alan sənətçi. Ona görə də buraxaq xalqın öhdəsinə. Qoy, xalq səni sevsin. Onlar hər yerdə deyəcəklər ki, bizim artistimiz elə budur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.