Sağlamlıq

Belə diş məcunundan istifadə edənlərə xəbərdarlıq - Gənc yaşda dişsiz qoyur

8 Aprel 2025 03:03
Baxış: 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Diş sağlamlığı çox önəmlidir. İstifadə olunan diş məcunlarının tərkibi və necə istifadə edildiyi də vacibdir.

Milli.Az-ın məlumatına görə mütəxəssislər xəbərdarlıq edir ki, bəzi maddələr uzun müddətdə sağlamlığa zərər verə bilər. Diş məcunu alarkən bu maddələrə diqqət etmək lazımdır.

Sodyum Lauril Sulfat (SLS) ağızda quruluq və həssaslıq yarada bilər. Florür çürüməyə qarşı faydalıdır, amma çox qəbul edilərsə dişlərdə ləkə yarada bilər. Xüsusilə uşaqlarda florürsüz məcunlara üstünlük verilməlidir.

Triklosan adlı maddə hormon sisteminə təsir edə bilər və sağlamlıq üçün risklidir. Alüminium diş minasını zəiflədə, parabenlər isə allergiya və hormonal pozğunluq yarada bilər.

Diş məcunu seçərkən florür miqdarına, həssas dişlər üçün uyğun olmasına və təbii tərkibə diqqət yetirilməlidir. Ağardıcı məcunlar dişləri beyazladır, amma tez-tez istifadəsi mina üçün zərərlidir.

Dişlərin düzgün fırçalanması da sağlamlıq üçün əsas şərtlərdəndir. Dişlər gündə ən az iki dəfə, dairəvi hərəkətlərlə və çox güclü təzyiq göstərmədən fırçalanmalıdır. Fırçalama müddəti təxminən 2 dəqiqə olmalı, həm ön, həm də arxa səthlər təmizlənməlidir. Həmçinin, diş fırçası 3-4 aydan bir dəyişdirilməlidir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.