Mehriban Ələkbərzadə haqqında deyilənlərə belə cavab verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə Əməkdar artist Mehriban Xanlarovanın onunla bağlı iddialarına cavab verib.
Milli.Az xəbər verir ki, M.Ələkbərzadə yaydığı açıqlamada bunları yazıb:
"Əziz dostlar, həmkarlar! Əslində "sözünü o kəslərə de ki, onlar səni anlasınlar" deyə yola çıxıram. Demək ondan başlayaq ki, sosial şəbəkələrdə və saytlarda ünvanıma arzuolunmaz yazılar başlayıb. Məsələyə aydınlıq gətirmək məcburiyyətindəyəm, yoxsa onların bu həqiqətə uyğun olmayan sözlərinə inananlar da ola bilər.
Demək: mütəmadi olaraq teatrda sözü olan, istəyi, yaxud xüsusi xahişi olan aktyorlar rəhbərliyə müraciət edirlər. Arzusunu bildirir, bu normaldır. Belə bir vəziyyət Məsmə Aslanqızı ilə də oldu. Qəbuluma gələrək bildirdi ki, çox çətin vəziyyətdədir. Evi müsadirə ilə əlinden çıxıb (bu mövzu şəhid ailəsinə yaraşmayan əməlin nəticəsidir deyə açıqlamıram). Dedi ki, sizdən ev istəyirəm, teatr məni evlə təmin etməlidir. Anlatdım ki, mənim ev verə bilmək səlahiyyətim yoxdur. Dedi ki, o zaman 20 Yanvar şəhidinin qızı kimi mənə ev verdirin, siz məsələni həll etməlisiniz. Təkid etdi".
M.Ələkbərzadə bildirib ki, Əməkdar artist Məsmə Aslanqızı ona ev verilməsini istəyib. Bədii rəhbər bununla bağlı iddialara aydınlıq gətirib:
"Bütün deyilənlərə bir daha münasibət bildirərək, yenə də bəyan etdim və edirəm: Hətta 20 Yanvar şəhidinin qızı olsa belə, mən teatrın bədii rəhbəri kimi ev məsələsini həll edə bilmirəm. Ev məsələsini başqa qurumlar həll edir. Biz də məhz şəhid qızı olduğu üçün onu Prezident mükafatı siyahısına salmışıq. Bir dəstək kimi. Amma bu ona yetərli deyil deyə belə həqiqətə uyğun olmayan və təhqirdən çəkinməyən ifadələr işlədir.
O ki qaldi, mənim vətəndaşlıq mövqeyimə... Az-çox yaradıcılığımla tanış olan, məni tanıyan hər kəs bilir ki, milli-mənəvi dəyərlərimiz naminə maarifçilik işlərinin, böyük zəfərimiz naminə "Qələbəyə qədər davamı var" silsilə hərbi vətənpərvərlik mövzusunda müəllif proqramlarının yaradıcısıyam. Yetərincə məhz vətənpərvərlik ruhuna xidmət edən fəaliyyətim var ki, onlar bizim ərazi bütövlüyümüz uğrunda savaşlardan, Vətən yolunda şəhid olan insanlardan bəhs edirdi.
Ən azı sözlərimin izahı üçün arxivlər var! Azərbaycan xalqının qəhrəmanlıq tarixi, mübarizəsinə həsr edilmiş, bu yolda canını və qanını fəda etmiş insanların xatirəsinə ithaf edilmiş 50-dən çox müəllif filmlərim, araşdırmalarım var. Heç kim mənim vətəndaşlıq mövqeyimə ləkə gətirə bilməz. Çünki buna əsas və fakt yoxdur".
Qeyd edək ki, M.Xanlarova M.Ələkbərzadənin teatra başqa teatrlardan aktyorlar dəvət etməsini tənqid edib. Onlar arasında qalmaqal bundan sonra başlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Ali Rıza bəy" 16 ildən sonra həmin evdə - (Foto)
-
Alina Boz uşağının cinsiyyətini açıqladı (Video)
-
“Qadın kimi xoşbəxt olmadım” deyib, ağladı
-
Safurənin ərinin keçmiş xanımı ilə fotolarını paylaşdı - (Video)
-
Tuğba Ekinçinin Bakıda səhnə geyimi diqqət çəkdi - (Video)
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
XƏBƏR LENTİ
-
Qızartma yağına bir parça kök atanda nə baş verir?
-
"Ali Rıza bəy" 16 ildən sonra həmin evdə - (Foto)
-
Cəlilabadda transformator yanıb
-
Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü
-
Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib - Pezeşkian
-
"Fənərbağça"da hücumun mərkəzinə iki namizəd var
-
Tramp: İran iqtisadi baxımdan çox pis vəziyyətdədir
-
Günün qoroskopu: Şəxsi münasibətlərinizdə yeni mərhələ başlayır
-
Alina Boz uşağının cinsiyyətini açıqladı (Video)
-
Vuçiç: Avropa böyük müharibənin astanasındadır
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurublar (Foto)
-
Sabah bir neçə rayonda işıq olmayacaq - Yenilənib
-
Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib
-
Qadın deputat Baş nazirə yumurta atdı, iclas dayandırıldı
-
Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək - XİN
-
Rusiyanın Suriyadakı hərbi obyektləri Dəməşqin nəzarətinə keçəcək
-
Sığorta bazarında yeniliklər gözlənilir (Video)
-
"Aclıq daşları" üzə çıxdı: Fəlakət xəbərdarlığı (Foto)
-
Bakıda 11 marşrutun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq
-
Həsən Seyidbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
Hövsanda yeni stadionlar tikilir - (Video)
-
17 yaşlı qız Kürdə batıb - Yenilənib
-
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu





