Jurnalist diri-diri yandırıldı: Qəzzadakı görüntülər dünyanı dəhşətə gətirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrailin Qəzzada bir xəstəxana kompleksinə həyata keçirdiyi hava hücumu nəticəsində diri-diri yandırılan jurnalist Helmi əl-Fakavi həyatını itirib. Hadisə yerindən yayılan görüntülər izləyənləri dəhşətə gətirib. Fələstinli rəsmilər hücumun medianı susdurmağa yönəlmiş qəsdən hazırlanmış bir plan olduğunu bildirirlər.
Bazar ertəsi günü Qəzzanın cənubundakı Xan Yunus şəhərində yerləşən media çadırını hədəf alan hava hücumu zamanı jurnalist Helmi əl-Fakavi diri-diri yanaraq vəfat edib.
Yerli jurnalistlər birliyi və tibbi heyət, hücum nəticəsində 9 jurnalistin yaralandığını, bəzilərinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Media çadırının Nasser Xəstəxanasının həyətində yerləşdiyi qeyd olunub. Sosial mediada paylaşılan və Reuters tərəfindən təsdiqlənmiş görüntülərdə ətrafdakıların yanğına müdaxilə etməyə çalışdığı, Helmi əl-Fakavinin isə şok vəziyyətində stulda oturduğu və bədəninin yarısının alov içində olduğu görünür.
İsrail tərəfi açıqlama verməyib
İsrail hakimiyyəti hadisə ilə bağlı heç bir sualı cavablandırmayıb. Sağlamlıq rəsmiləri hava hücumu nəticəsində ikinci bir fələstinlinin də həyatını itirdiyini bildirib.
Tabutun üzərində mavi "press" jileti
El-Fakavinin dəfn mərasimində onun həmkarları və yaxınları iştirak edib. Tabutu mavi rəngli "PRESS" (media) jileti ilə örtülərək aparılıb.
Dəfn mərasimində danışan jurnalist Əbd Şaat deyib:
"Mesajımızı çatdırmağa və həqiqəti bütün dünyaya bildirməyə davam edəcəyik. Bu, bizim insani vəzifəmizdir."
Fələstin rəsmilərinə görə, 2023-cü ilin oktyabr ayından bu yana Qəzzədə öldürülən jurnalistlərin sayı 210-u keçib. Fələstin Xarici İşlər Nazirliyi, əl-Fakavinin ölümünü "məhkəməsiz edam" kimi qiymətləndirib.
Açıqlamada bu hücumların jurnalistləri qorxutmağa və xəbərlərin qarşısını almağa yönəldiyi vurğulanıb.
Yerli səhiyyə mənbələrinin məlumatına görə, bazar ertəsi günü Qəzzə zolağı boyunca həyata keçirilən İsrail hücumlarında ən azı 20 nəfər həyatını itirib. Hücumların eyni anda bir neçə nöqtəyə yönəldiyi bildirilib.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
XƏBƏR LENTİ
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)





