Türkiyəli jurnalistlərin Ermənistana səfərinin pərdəarxası
Son dövrlər qardaş Türkiyədən bir sıra jurnalistlərin Ermənistana səfəri və bu səfər zamanı edilən açıqlamalar Azərbaycan ictimaiyyətində haqlı olaraq qəzəb doğurub. Türkiyə mediasının bəzi nümayəndələrinin Paşinyan hakimiyyətinin yalançı propaqandasına tribuna yaratması nəinki qınanmalıdır, həm də sərt şəkildə pislənməlidir.
Türkiyə jurnalistlərinin Ermənistana səfəri zamanı baş verənlər açıq şəkildə qərəzli və təxribat xarakterli idi. Türkiyənin aparıcı media qurumlarından olan CNN Türk kanalının və dövlətin rəsmi kanalı sayılan TRT World nümayəndələrinin bu səfərdə iştirak etməsi xüsusilə diqqətçəkicidir.
Səfərdə iştirak etmiş CNN Türk kanalının sahibi Dəmirörən qrupunun Azərbaycanda geniş iqtisadi maraqları var. Bu şirkət lotereya biznesi də daxil olmaqla, müxtəlif sahələrdə Azərbaycanda fəaliyyət göstərir və böyük gəlir əldə edir. Lakin eyni Dəmirörən qrupunun rəhbərlik etdiyi media orqanının Ermənistanın baş naziri Nikol Paşinyanın propaqandasına tribuna çevrilməsi təkcə xəyanət deyil, həm də qardaş ölkənin strateji maraqlarına zərbədir.
Azərbaycanda qazandığı pulla Ermənistanın yalanlarına xidmət etmək açıq-aşkar riyakarlıq və satqınlıqdır.
Azərbaycan mediası Şimali Kiprdə dəfələrlə reportajlar hazırlayıb, yerli rəhbərlikdən müsahibələr alıb. Azərbaycan mediasının Yunan Kiprində oxşar addım atdığını təsəvvür edək. Bu, qardaş Türkiyənin siyasi maraqlarına açıq təxribat olardı və Ankaranın buna sərt reaksiya verməsi qaçılmaz idi. Elə isə niyə Türkiyə mediasının bəzi təmsilçiləri eyni xəyanətkar addımı Azərbaycana qarşı atır?
Daha acınacaqlısı isə dövlət kanalı olan TRT World-un bu prosesə qoşulmasıdır. TRT World təkcə Türkiyə deyil, bütün Türk dünyasının səsini dünyaya çatdırmalı olan bir media qurumudur. Bu kanalın Ermənistan səfərində iştirakı və Paşinyan hakimiyyətinin mövqeyini dünyaya yayması Türkiyə dövlətinin rəsmi siyasətinə qarşı çıxmaq deməkdir.
Türkiyə-Ermənistan sərhədində humanitar məqsədlə müvəqqəti keçid məntəqəsinin açılması xəbərləri də səfərlə paralel yayılıb. Bunun arxasında duran məqsədlər isə qaranlıqdır. Bu hadisə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığı pozmağa yönəlmiş yeni təxribat planının bir hissəsidir. Belə bir keçid məntəqəsinin açılması nə üçün zərurətə çevrilib? Zəngəzur dəhlizi tam açılmamış Türkiyə-Ermənistan sərhədində belə bir "dəhliz"in yaradılması nəyə xidmət edir?
Bu hadisələrin arxasında Ermənistana simpatiya bəsləyən və "hepimiz ermeniyiz" deyə qışqıran satqın çevrələrin dayandığı şübhə doğurmur. Bu cür təxribatçı dairələr Azərbaycanın haqq davasına kölgə salmaq, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan möhkəm münasibətləri sarsıtmaq üçün əllərindən gələni edirlər.
Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz təməlləri var. İki ölkənin strateji ittifaqına qarşı yönəlmiş bu cür xain addımlar nəinki yolverilməzdir, həm də sərt şəkildə ifşa edilməlidir. Ermənistanın yalançı propaqandasına tribuna verənlər, Paşinyan hakimiyyətinə haqq qazandıranlar Azərbaycan xalqının qəzəbindən yayınmayacaq. Hər kəs bilməlidir ki, bu cür satqınlıqlar nə Azərbaycanın haqq mübarizəsini, nə də Türkiyə-Azərbaycan qardaşlığını zəiflədə biləcək.
Türkiyə mediasının məsuliyyətli nümayəndələri bu cür səfərlərə qatılan həmkarlarını ifşa etməli və Azərbaycan-Türkiyə qardaşlığına qarşı edilən bu xain addımların cavabını verməlidirlər.
Ümumiyyətlə, Zəngəzur dəhlizi açılıbmı ki, Türkiyədən də belə "dəhliz" açılır?
Elçin Alıoğlu
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)





