Siyasət

Ərdoğan Argentinaya getməməsinin səbəbini açıqladı

31 May 2010 11:47
Baxış: 184
Baş nazir bildirib ki, Braziliyadan sonra Argentinaya getməliymiş. Onun sözlərinə görə, səfər proqramı da əvvəlcədən tərtib olunub. Proqrama görə, Buenos Ayresdə Atatürkün büstü açılmalı idi: "Argentinada ciddi bir erməni lobbisi var və sayının 200 minə yaxın olduğu bildirilir. Onların təzyiqləri nəticəsində büstün açılışı baş tutmadı. Orada muxtar idarəetmə var. Yəni hadisə mərkəzi hakimiyyətlə bağlı deyil. Argentina Prezidenti mənə zəng etdi və hadisəni anlatdı. Mən də ona bəzi şeyləri söylədim və dedim ki, vəziyyət belədirsə, bizim Argentinaya gəlməyimiz mümkün deyil".

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyənin sərt etirazı ilə qarşılaşan Argentina hökuməti bəzi alternativlər təqdim edib. Lakin rəsmi Ankara bundan imtina edib və Argentinaya səfər ləğv edilib. Ərdoğanın fikrincə, Türkiyə şərəfinə yaraşan addımı atıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.