Siyasət

İlham Əliyev: Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi - VİDEO

13 Mart 2025 12:12
Baxış: 439

Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.

Milli.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

"Biz onilliklərlə həmin münasibətləri qururduq. Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2020-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı - red.) tərk edən tərəf olduq", - deyən dövlətimizin başçısı vurğulayıb ki, lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər və bu, Azərbaycanda böyük məyusluq yaratdı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.